AZXEBER.COM-un Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, ekshumasiya nəticəsində əldə edilən qalıqlarda yüksək miqdarda "striknin kreatin" adlı zəhərli maddə müəyyən edildiyi iddia edilib. "Bugün" qəzetində yer alan məlumata görə, mütəxəssislər adıçəkilən zəhərli maddənin çox təsirli olduğunu bildiriblər. Toksikologiya və tibbi ekspertiza mütəxəssislərinin sözlərinə görə, bu maddə bədənin funksiyalarını pozaraq, tənəffüs yollarını işdən çıxarır və infarkta yol açır. Siçan və itləri öldürmək üçün nəzərədə tutulan bu zəhər qadağan edilib.Zəhərli maddənin T.Özalın yemək-içməyinə qarışdırılmış ola biləcəyi ehtimal edilir.Qeyd edək ki, mərhum prezidentin məzarı bu il oktyabr ayının 2-də açılmışdı.