Azərbaycanın Ucar rayonunda çörək ucuzlaşıb.APA-nın yerli bürosunun xəbərinə görə, rayonda əvvəllər 30 qəpiyə olan 420-450 qramlıq çörəklər son 3-4 gündə 20 qəpiyə satılır. Unun qiymətində isə 50 qəpik ucuzlaşma var. Əvvəllər 15-16 manata satılan əla növ unun bir kisəsinin qiyməti 14 manat 50 qəpik - 15 manat 50 qəpik arasında dəyişir.Satışla məşğul olan şəxslər çörəyin 30 faiz ucuzlaşmasını unun qiymətinin enməsi və rayonda kifayət qədər çörək bişirmə sexlərinin olması ilə izah ediblər.Qeyd edək ki, rayonda təndir çərəyi əvvəllər olduğu kimi, yenə 50 qəpiyə satılır.