Bakı-Qazax yolunda 7 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə bu gün səhər 08.30 radələrində yolun 239-cu kilometrliyində Ucar rayonunun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb. Bakı istiqamətində hərəkət edən “04-BD-102” dövlət nömrə nişanlı “VAZ -21011” markalı minik maşını ilə əks istiqamətdə hərəkət edən “10-MJ-817” dövlət nömrə nişanlı “VAZ-2107” markalı minik maşını toqquşub.