İtaliya çempionatının birinci turdan təxirə salınmış oyunu keçirilib. ANS PRESS-in məlumatına görə, “Udineze” və “Yuventus” klubları qalibi müəyyənləşdirə bilməyiblər. Udinedəki qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.Beləliklə, “Yuventus” turnir cədvəlinin şəriksiz liderinə çevrilə bilməyib. Antonio Kontenin komandası 34 xal toplayıb və əlavə göstəricilərə görə lider “Milan”dan geri qalır. “Udineze” isə 32 xalla üçüncü pillədədir.