Milli Mətbuatın 137-ci ildönümü ərəfəsində AZXEBER.COM xəbər portalına müxtəlif qurumlardan təbriklər daxil olmaqdadır.Bu gün ilk təbrik Azərbaycanda fəaliyyət göstərən şirniyyat, qənnadı, fast-food üzrə Azərbaycanın ən iri mağaza-kafe şəbəkəsi “Çudo Peçka”dan gəldi.“Çudo Peçka”nın piar-meneceri, jurnalist həmkarımız Vüqar Baba şirniyyat evinin hədiyyəsini AZXEBER.COM kolektivinə təqdim edib. Tortun üzərinə təbrik və AZXEBER.COM portalının loqosu vurulub. Hədiyyəni təqdim edən, “Çudo Peçka”nın təmsilçisi şirkət adından AZXEBER.COM kollektivini Milli Mətbuatın 137-ci ildönümü münasibəti ilə təbrik edib və uğurlar arzulayıb.AZXEBER.COM kollektivi olaraq bu diqqətə görə "Çudo Peçka" şirkətinə təşəkkür edir.