'Çudo Peçka' barəsində yayılan məlumatlara aydınlıq gətirdi
Bütün Xəbərlər
16:44 03.10.2012
1960
Bu gün bəzi mətbu orqanlarda “Çudo Peçka” MMC-də və bu firmaya məxsus ticarət şəbəkələrində aparılmış araşdırmaların yekunu olaraq bir sıra məhsulun istehsalı və satışının qadağan edilməsi haqda xəbər yayılıb. AZXEBER.COM-un məlumatına görə, şirkət bununla bağlı rəsmi açıqlama yayıb. Həmin açıqlamanı təqdim edirik. "Bir neçə müddətdir ki, “Çudo Peçka”da böyük yenidənqurma işləri gedir. Xüsusi dəvət olunmuş xarici ekspertlərin iştirakı ilə şirkətin mağaza-kafeləri təmir olunaraq yeni görkəm qazanır, orada olan sexlərdə müasir sanitar standartlara cavab verən təmir işləri aparılır və yeni avadanlıqlarla təchiz olunur. Şirkət müştərilərə təqdim olunan məhsulun keyfiyyətli olmasına daim diqqət yetirib. Yenidənqurma ilə bərabər isə bu diqqət daha da artırılıb. Məhsulların hazırlanmasında istifadə olunan xammalın keyfiyyətinə əmin olmaq üçün həm xammalı təqdim edən tərəfdən bu məhsulla bağlı müvafiq sertifikatlar tələb olunur, həm də qəbul olunan bütün xammal şirkət tərəfindən də yoxlanılır. Satılan məhsulların istifadə müddətinə nəzarət etmək üçün şirkətdə daxili komissya fəaliyyət göstərir. Yararlılıq müddəti keçmiş məhsullar mərkəzdə toplanaraq bu məqsəd üçün nəzərdə tutulmuş ərazidə komissiyanın iştirakı ilə məhv edilir. Son zamanlar mediada yayılmış məlumatlarla bağlı şirkət tərəfindən aşadırmalar aparılıb. Nəticələr üzrə cavabdeh əməkdaşlar məsuliyyətə cəlb edilərək ciddi cəzalandırılıb. Bir müddətdir ki, bəzi məhsulların istehsalı müvəqqəti olaraq dayandırılıb. Bunun səbəbi həmin məhsullar üçün müvafiq sənədlərin tam qaydasında olmamasıdır. Artıq həmin məhsulların da sənədləşdirilməsi işinə başlanılıb. Bu proseslər tam yekunlaşdıqdan sonra “Çudo Peçka” həmin məhsulları da tezliklə yenidən satışa çıxarmağı planlaşdırır. Eləcə də dönər məhsulu ilə bağlı sənədlərdə bəzi çatışmazlıqlar var idi. Artıq həmin sənədləşmələr də tam qaydasına salınıb. Tezliklər dönərin satışı bərpa olunacaq".