UEFA "Fənərbağça"nı cərimələdi

UEFA "Fənərbağça"nı cərimələdi
İDMAN
01:07 01.07.2026
276
UEFA Türkiyənin "Fənərbağça" komandasını yeddi milyon avro məbləğində cərimələyib.

AZXEBER.COM bu barədə "Fanatik" nəşrinə istinadən xəbər verir.

Buna səbəb kimi, İstanbul təmsilçisinin maliyyə qaydalarını pozduğu göstərilir. Belə ki, "Fənərbağça" 2025-ci təqvim ilində UEFA-nın müəyyən etdiyi heyət xərcləri həddini - 70%-lik limiti aşıb. "Fənərbağça"da bu göstərici 84 faiz təşkil edib.

Bildirilir ki, klub sözügedən qərardan apellyasiya şikayəti verməyi planlaşdırır.
OXŞAR XƏBƏRLƏR