UEFA "Qarabağ"ın şəhidlər və jurnalistlərlə bağlı istəyinə icazə verməyib

İDMAN
19:59 23.07.2021
1159
"Qarabağ" azarkeşləri İsrail "Aşdod"una qarşı UEFA Konfrans Liqasının ilk oyununda Milli Qəhrəman Allahverdi Bağırov və "İmarət" fan-klubunun Vətən müharibəsində şəhid olmuş üzvü Məhəmmədəli İbrahimlinin şəkillərini açmaq istəyiblər.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Report"a Ağdam təmsilçisinin Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib. Onun sözlərinə görə, fanatlar hələ matçdan öncə kluba bununla bağlı müraciət ediblər.

Abbaszadə bildirib ki, bundan sonra dərhal UEFA-ya məktub yazsalar da, mənfi cavab alıblar: "Quruma şəkil nümunələri və onlar haqqında informasiya göndərdik ki, kim olduqları bilinsin. Bir müddət sonra bizə cavab gəldi ki, həmin şəxslər haqqında daha ətraflı məlumat lazımdır. Biz də buna uyğun olaraq, onların komandamıza birbaşa bağlı olduqlarını yazılı şəkildə bəyan etdik. Belarusdan olan UEFA nümayəndəsi İlona Tkaç oyun ərzində cavab gələcəyini və müsbət cavaba ümid etdiyini dilə gətirdi. Son anadək gözlədik.

Matçın startına 10 dəqiqə qalmışadək UEFA nümayəndəsinin yanından ayrılmadım, onu addımbaaddım izlədim. Hətta mənim telefonumdan İsveçrəyə zəng vurdu. Təəssüf ki, cavab mənfi oldu. Nümayəndənin dediyinə görə, UEFA hesab edir ki, bu şəkillərin futbola bağlılığı yoxdur. Son anadək əlimizdən gələni etsək də, icazə verilmədi".

Klub rəsmisi deyib ki, UEFA "Qarabağ"ın jurnalistlərlə bağlı istəyinə də qarşı çıxıb: "Hətta Milli Mətbuat Günü ilə bağlı UEFA-ya bir neçə gün öncə məktub yazmışdıq ki, jurnalistlərə təbrik mesajı ilə meydana çıxmaq arzulayırıq. Buna da icazə vermədilər. Nəticədə plakatı media sektorunda açmalı olduq".

Qeyd edək ki, "Qarabağ" - "Aşdod" oyunu qolsuz heç-heçə ilə başa çatıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:38 17.10.2021

Bir sıra müsəlman ölkələrində Məhəmməd peyğəmbərin mövlud günü qeyd edilir

22:28 17.10.2021

Əfqanıstanda yaşayış binasının damının uçması nəticəsində 6 nəfər öldü

22:10 17.10.2021

"ABŞ Dağlıq Qarabağı öz forpostu kimi görmək istəyərdi" - Rusiyalı ekspert

21:59 17.10.2021

Böyük Dəbilqə: Azərbaycan cüdoçuları 1 qızıl, 1 bürünc medalla 4-cü yeri tutub

21:39 17.10.2021

ABŞ-da universitetdə atışma olub, ölən və xəsarət alanlar var

21:24 17.10.2021

Qətərin Baş nazirinin müavini və xarici işlər naziri Azərbaycana rəsmi səfərə gəlir

21:07 17.10.2021

Azərbaycanın Birinci vitse-prezidenti Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdü

20:50 17.10.2021

Biz qeyri-bərabər savaşa, qeyri-bərabər mübarizəyə hər an hazırıq, ölümə getməyə hazırıq - Prezident

20:40 17.10.2021

Türkiyənin Gürcüstandakı səfiri: “Türkiyə güclənən Azərbaycanla qürur duyur”

20:26 17.10.2021

İranın Baş Qərargah rəisinin Rusiyaya səfəri başladı

20:14 17.10.2021

Prezident: “Biz öz ləyaqətimizi, qürurumuzu, müstəqilliyimizi heç kimə güzəştə getməyəcəyik”

20:08 17.10.2021

Bill Klinton xəstəxanadan evə buraxıldı

19:16 17.10.2021

Türkiyə hərbçiləri PKK-nın daha 5 terrorçusunu zərərsizləşdirdi

18:58 17.10.2021

QMİ-nin şöbə müdiri koronavirusdan vəfat etdi

18:36 17.10.2021

Baş epidemioloq: “Gürcüstanda pandemiyanın beşinci dalğası başlayıb”

18:25 17.10.2021

Füzuli Memorial Kompleksinin layihələndirilməsi və tikintisinə 1,5 milyon manat ayrıldı