Ukrayna Bryansk vilayətində Rusiyanın iki “İskəndər” raket kompleksini vurub

Ukrayna Bryansk vilayətində Rusiyanın iki “İskəndər” raket kompleksini vurub
DÜNYA
18:20 07.11.2026
60
Ukrayna Silahlı Qüvvələri Bryansk vilayətində Rusiya ordusunun iki "İskəndər” operativ-taktiki raket kompleksinin buraxılış qurğusunu, həmçinin "Pantsir-S1” zenit-raket və artilleriya kompleksini vurub.

AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Ukrayna tərəfi qeyd edib ki, bu qurğuların sıradan çıxarılması Rusiya ordusunun Ukrayna şəhərlərinə ballistik raket zərbələri endirmək imkanlarını azaldır.
OXŞAR XƏBƏRLƏR