Ukrayna Dünya Bankından 1,5 milyard dollar alacaq

İQTİSADİYYAT
23:04 07.05.2022
428
Dünya Bankı dövlət işçilərinə maaş vermək üçün Ukraynaya 1,5 milyard dollar ayıracaq.

Bu barədə Ukrayna Maliyyə Nazirliyi xəbər yayıb.

Vəsait dövlət orqanlarında və təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının ödənilməsi üçün büdcə xərclərinin ödənilməsinə yönəldiləcək.

Ukraynanı baş naziri Denis Şmıqal isə bildirib ki, fevralın sonundan Qərb ölkələri Kiyevə 12 milyard dollar məbləğində hərbi və maliyyə yardımı edib.
OXŞAR XƏBƏRLƏR