Ukrayna Leninqrad vilayətinə PUA hücumu edib

Ukrayna Leninqrad vilayətinə PUA hücumu edib
DÜNYA
11:03 03.05.2026
257
Ukrayna Rusiyanın Leninqrad vilayətinə gecə saatlarında kütləvi PUA hücumu həyata keçirib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko bildirib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin kütləvi hücumu dəf edilib, 60-dan çox PUA vurulub.

Qubernator əsas hədəfin Primorsk dəniz ticarət limanı olduğunu söyləyib. Bildirib ki, PUA hücumu nəticəsində limanda yanğın baş verib. Limana neft sızıntısı qeydə alınmayıb.
OXŞAR XƏBƏRLƏR