Avqustun 10-na keçən gecə Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Rusiyanın Tatarıstan Respublikasının Nijnekamsk şəhərində yerləşən "TANEKO” neft emalı zavoduna zərbə endirib.
Bu barədə Ukrayna ordusunun Baş qərargahı məlumat yayıb.
Bundan əlavə, Luqansk vilayətinin Xrustalnı şəhərində yerləşən təmir bölməsinin, Donetsk vilayətinin Novoselidovka yaşayış məntəqəsində Rusiya qüvvələrinin maddi-texniki təminat anbarının və Donetsk vilayətinin Boyove yaşayış məntəqəsində yerləşən səhra artilleriya anbarının vurulduğu bildirilib.
Eyni zamanda, Ukrayna Krımda Rusiya ordusunun iki S-400 qurğusunu və "Orion” PUA-larına nəzarət antenini vuraraq sıradan çıxarıb.
///apa











































