Xəsarət alanlar arasında "LifeNews"un müxbiri Emin Kələntərov da var
Ukraynanın paytaxtı Kiyevdə baş verən mitinqlər zamanı 165 nəfər yaralanıb. 40-dan çox jurnalist xəsarət alıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, yaralananların kimlikləri müəyyən olunmadığına görə rəsmi orqanlar hələ ki, bu xəbəri təsdiqləməyib.Zərərçəkənlərin əksəriyyəti ötən gün prezident admnistrasiyasının yaxınlığında toplaşan aksiya iştirakçılarını işıqlandırmaq istəyən müxbirlər olub.Yaralanan müxbirlərin arasında Ukraynanın “5-cı kanal”, “Reuter” agentliyinin fotomüxbiri, "Euronews"un operatoru, "LifeNews"un müxbiri Emin Kələntərov başından zərbə alıb.


