Ukraynada hərbi helikopterin qəzaya uğraması nəticəsində bort texnik ölüb

Ukraynada hərbi helikopterin qəzaya uğraması nəticəsində bort texnik ölüb
DÜNYA
14:29 08.08.2026
263
Ukraynanın Kirovoqrad vilayətində döyüş tapşırığını yerinə yetirərkən hərbi helikopterin qəzaya uğraması nəticəsidnə helikopter bölüyünün bort aviasiya texniki ölüb.

Bu barədə "UNIAN" Smela şəhər şurasına istinadən məlumat yayıb.

"Yaroslav Demçevski döyüş uçuş tapşırığını yerinə yetirərkən helikopterin qəzaya uğraması nəticəsində həlak olub. O, sonadək Ukrayna səmasını müdafiə etdi” – deyə məlumatda bildirilir.
 
//apa
OXŞAR XƏBƏRLƏR