'Ukraynada təhsil almağın yalnız bir mənfi cəhəti vardır – təhsilinizi bitirdikdən sonra Ukraynanı tərk etmək istəməyəcəksiniz'

GƏNCLİK
17:02 24.09.2012
14206
2012-ci ilin sentyabrın 20-dən 22-dək “Bakı Ekspo Mərkəzi”ndə 6-cı Azərbaycan Beynəlxalq “Təhsil və karyera” Sərgisi – təhsil sahəsində Azərbaycan Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə dövlət səviyyəsində təşkil olunmuş yeganə tədbir baş tutmuşdur.Sentyabrın 21-də sərgi çərçivəsində “Ukraynanın təhsil sistemi”nin  təqdimatı keçirilmişdir.Təqdimat abituriyentlərin və tələbələrin, yuxarı sinif şagirdlərinin və valideynlərin, əlavə ixtisas əldə etmək istəyən gənclərin böyük marağına səbəb olmuşdur.Təqdimatda Ukraynada ali təhsil almaq mövzusu açıqlanmışdır: ali təhsil sistemi, Ukrayna diplomlarının başqa ölkələrdə tanınması, ən güclü elmi məktəblər və ali təhsil müəssisələri, təhsil sistemində innovasiyalar, Ukrayna diplomuna malik olan mütəxəssislərin əmək bazarında rəqabət qabiliyyəti, xarici tələbələrin Ukraynaya daxil olma və təhsil aldıqları müddət ərzində orada yaşama şərtləri.Təqdimatı Ukraynanın Təhsil və elm, gənclər və idman Nazirliyinin “Ukrayna beynəlxalq təhsilinin Ukrayna dövlət mərkəzi”nin direktoru Vasiliy Petroviç Şik və Ukraynanın Təhsil və elm, gənclər və idman Nazirliyinin “Ukrayna beynəlxalq təhsilinin Ukrayna dövlət mərkəzi”nin Azərbaycanda, Türkiyədə və İranda təmsilçisi Aydın Novruzov açdılar. Onlar Ukraynanı və onun təhsil sistemini qısaca səciyyələndirdilər, habelə Azərbaycan vətəndaşlarının Ukrayna ərazisində qalmaları baxımından Ukrayna qanunvericiliyi barədə məlumat verdilər.Azərbaycan vətəndaşları Ukraynaya 90 gün ərzində qeydiyyatsız daxil olmaq hüququna malikdirlər. Abituriyent müsahibədən keçdikdən sonra ali təhsil müəssisəsi abituriyent üçün müvəqqəti yaşayış hüququ rəsmiləşdirir.Daha sonra Ukraynanın təhsil və elm, gənclər və idman nazirliyinin “İnformasiya –imic mərkəzi” dövlət müəssisəsinin direktoru Viktoriya Aleksandrovna Sergiyenko hazırda Ukraynanın xarici tələbələri təhsil üçün fəal cəlb etməsindən danışdı. Ukrayna nə üçün maraqlıdır? – Ukraynada təhsil almaq nüfuzludur. Ukrayna vətəndaşlarının 90%-dən çoxu orta və ali təhsilə malikdirlər. Ukrayna, təhsil alan xarici tələbələrin sayına görə ölkələrin ilk onluğuna daxildir. Ukrayna irqlərarası, etnik və dini münaqişələrin olmadığı tolerant bir ölkədir. Ukraynada təhsil və yaşamaq Avropaya nisbətən daha ucuzdur və bir çox ölkələrə nisbətən daha təhlükəsizdir. Mütəxəssislərin səviyyəsi isə Avropa İttifaqında və Şimali Amerikada olduğu kimidir. Xarici tələbələr dövlət diplomlarını iki dildə alırlar və bu diplomlar bütün dünyada tanınır. “Ukrayna gözəl və dostpərvər bir ölkədir. Ukraynada bir neçə il təhsil aldıqdan və yaşadıqdan sonra onu sevmədən tərk etmək mümkün deyildir. Ukraynada təhsil almağın yalnız bir mənfi cəhəti vardır – təhsilinizi bitirdikdən sonra Ukraynanı tərk etmək istəməyəcəksiniz”, - deyə Viktoriya Aleksandrovna öz nitqini bitirdi.Növbəti çıxışçı Karazin adına Xarkov Milli Universitetinin beynəlxalq əməkdaşlıq Mərkəzinin direktoru Stanislav Yevgenyeviç İqnatyev oldu. O Ukraynanın təhsil sistemində innovasiyalardan danışdı. Ukraynanın Boloniya sisteminə qoşulması ali təhsilin səviyyəsini yüksəltməklə yanaşı, həm də Ukrayna universitetlərinin məzunlarına Avropada işə düzəlmək imkanları açmışdır.Təqdimatda həmçinin, Karazin adına Xarkov Milli Universitetinin elmi-pedaqoji işlər üzrə prorektoru Zarif Fatih oğlu Nazirov və Xarkov Milli Radioelektronika Universitetinin xarici tələbələrin təhsili fakültəsinin dekanı, texniki elmlər doktoru, professor Murad Ənvər oğlu Ömərov öz təqdimatları ilə çıxış etdilər.Rəsmi hissədən sonra gələcək tələbələr və onların valideynləri Nazirliyin və Ukraynanın nüfuzlu ali təhsil müəssisələrinin nümayəndələri ilə şəxsən ünsiyyətdə olmaq və onlara öz suallarını vermək imkanını əldə etdilər.Ukraynada təhsil haqqında ətraflı məlumatı  https://see-you.in.ua/ saytında əldə edə bilərsiniz.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb
20:50 16.10.2026
Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb
Beynəlxalq koalisiya Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart kimi qiymətləndirib
20:43 16.10.2026
Beynəlxalq koalisiya Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart kimi qiymətləndirib
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
20:36 16.10.2026
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
20:27 16.10.2026
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
20:23 16.10.2026
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
Ukrayna Ali Radasının sədri: Ermənistanla münasibətlərin möhkəmləndirilməsində maraqlıyıq
20:19 16.10.2026
Ukrayna Ali Radasının sədri: Ermənistanla münasibətlərin möhkəmləndirilməsində maraqlıyıq
Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib
20:15 16.10.2026
Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib
Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb
20:11 16.10.2026
Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb
Bakıda yeni müntəzəm avtobus marşrutu istifadəyə verilir
20:05 16.10.2026
Bakıda yeni müntəzəm avtobus marşrutu istifadəyə verilir
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
20:02 16.10.2026
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
20:00 16.10.2026
İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
Ukraynada keşiş 3 nəfəri güllələyib
19:38 16.10.2026
Ukraynada keşiş 3 nəfəri güllələyib
Qazaxıstanda zəhərli hörümçək udan körpə qız komaya düşdü
19:26 16.10.2026
Qazaxıstanda zəhərli hörümçək udan körpə qız komaya düşdü
Rusiyanın Koqalım şəhərinin aeroportu ilk dəfə dron təhlükəsinə görə bağlanıb
19:13 16.10.2026
Rusiyanın Koqalım şəhərinin aeroportu ilk dəfə dron təhlükəsinə görə bağlanıb
Lukaşenko Belarusda xalq könüllü müdafiə dəstələrinin sayını artırmağı tapşırıb
18:55 16.10.2026
Lukaşenko Belarusda xalq könüllü müdafiə dəstələrinin sayını artırmağı tapşırıb
Novak: ABŞ-a dizel tədarükü ilə bağlı bütün məsələlər artıq həll edilib
18:40 16.10.2026
Novak: ABŞ-a dizel tədarükü ilə bağlı bütün məsələlər artıq həll edilib