Ukraynada yaşayan azərbaycanlı gənclər bir araya gəldi -FOTOLAR

Ukraynada yaşayan azərbaycanlı gənclər bir araya gəldi -FOTOLAR
GƏNCLİK
15:15 20.05.2013
1886

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) mayın 20-də Odessa şəhərində Ukraynada yaşayan və təhsil alan azərbaycanlı gənclərin 3-cü forumu işinə başlayıb.

AZXEBER.COM-un məlumatına görə, UAGB-nin sədri Anar Tahirov forumun açılışında çıxışı zamanı bildirib ki, Forumun keçirilməsində əsas məqsəd Azərbaycan,Ukrayna və Avropanın bir sıra ölkələrində fəaliyyət göstərən azərbaycanlı tələbə və gənclər təşkilatları arasında səmərəli əməkdaşlığın qurulması və Azərbaycan dövlətçilik ideologiyasının təbliğ olunması istiqamətində birgə fəaliyyət proqramının hazırlanmasını təmin etməkdir.

Tahirov bildirib ki, təşkilat Ulu Öndər Heydər Əliyev ideyalarını təbliğ edir: “Biz çox sevinirik ki, ümumilli lider Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyev xaricdə yaşayan gənclərə diqqət və qayğı göstərir. Forumun keçirilməsi də bu qayğının nəticəsidir”.

ASAIF-in təşkilatçılığı ilə keçirilən forumda çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli bildirib ki, Azərbaycan dövləti gənclərinin təşkilatlanmasına çox böyük töhvələrini verir: “Gənclərin xaricdə yüksək təhsil alması və təhsil aldıqları ölkələrin ictimai-siyasi həyatında aktiv olması kimi məsələlər Azərbaycan dövlətinin prioritet mövzusudur”.

Səfirin sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi və layiqli davamçısı Prezident İlham Əliyevin də həyata keçirdiyi xarici siyasıtdə Ukrayna önəmli yer tutur:“Hər iki ölkə arasında strateji və ticari əməkdaşlıq mövcuddur. Dost və etnik qohumluğu olan sıx münasibətləri var”.

Səfir qeyd edib ki, UAGB gənclərin savadlı və intellektli olması üçün böyük layihələr həyata keçirir və inanıram ki, bundan sonra da Azərbaycan gəncliyinin inkişafı üçün öz töhvələrini verəcək.

Sonra Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) İdarə Heyətinin üzvü Emin Hacıyev qurumun rəhbəri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Forum iştirakçılarına təbrik məktubunu oxuyub.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə çıxışında bildirib ki, UAGB-nin sıraları genişlənir: “Müxtəlif ölkələrdə Azərbaycan gəncləri mütəşəkkil fəaliyyət göstərir, təşkilanır. Qərbi və Şərqi Avropada gənclər təşkilatları mövcuddur. Sevindirici haldır ki, Ukraynada aktiv fəaliyyət göstərən gənclər təşkilı var”.

Nazir müavininin sözlərinə görə, gənclərin inkişafı Azərbaycan dövlətinin proiritet fəaliyyətlərindən biridir. Azərbaycan Prezidenti İlham Əliyev növbəti beş ildə də Azərbaycan gəncliyinin inkişafı üçün öz töhvələrini verəcək.

Forumda Odessa merinin birinci müavini, Odessa Gənclər və İdman Nazirliyinin müavini, Azərbaycan Parlamentinin deputatları da iştirak edir.

Qeyd edək ki, Ukrayna Azərbaycanlı Gənclər Birliyi (UAGB) 2010-ci il aprelin 24-də Ukraynanın Dnepropetrovsk şəhərində keçirilən Ukraynada yaşayan və təhsil alan azərbaycanlı gənclərin 1-ci forumunda təsis olunub .UAGBötən dövr ərzində təşkilatlanaraq bu ölkədə yaşayan və təhsil alan azərbaycanlı gəncləri vahid mərkəz ətrafında birləşdirməyə nail olub. Hazırda sözü gedən qurumun Ukraynanın 20 vilayətində regional təşkilatı fəaliyyət göstərir.Hazırda Ukraynanın müxtəlif ali təhsil ocaqlarında 6 mindən çox azərbaycanlı gənc təhsil alır.

Xatırladaq ki, Forumda Avropanın 15 ölkəsindən 350-dən çox gənc iştirak edir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Putin Ukraynanın hərbi sənaye və logistika mərkəzlərinə zərbələrin endirilməsi əmrini verdi
23:05 16.10.2026
Putin Ukraynanın hərbi sənaye və logistika mərkəzlərinə zərbələrin endirilməsi əmrini verdi
Aİ silah alınması üçün Ukraynaya 16 milyard avro ayırıb
22:58 16.10.2026
Aİ silah alınması üçün Ukraynaya 16 milyard avro ayırıb
Türkiyədə yol qəzası nəticəsində 17 nəfər xəsarət alıb
22:50 16.10.2026
Türkiyədə yol qəzası nəticəsində 17 nəfər xəsarət alıb
İran yəmənliləri Səudiyyə Ərəbistanına hücuma təhrik etməsi ilə bağlı iddiaları təkzib edib
22:41 16.10.2026
İran yəmənliləri Səudiyyə Ərəbistanına hücuma təhrik etməsi ilə bağlı iddiaları təkzib edib
Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır
22:32 16.10.2026
Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır
Ukrayna ilk dəfə "Qazprom"un zavodunu vurdu
22:20 16.10.2026
Ukrayna ilk dəfə "Qazprom"un zavodunu vurdu
Baş məşqçinin vəkili Ronaldonun davranışını tənqid etdi
22:13 16.10.2026
Baş məşqçinin vəkili Ronaldonun davranışını tənqid etdi
Roma Papası Fransisk Putinlə telefon danışığı apardı
22:03 16.10.2026
Roma Papası Fransisk Putinlə telefon danışığı apardı
Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib
21:56 16.10.2026
Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib
Qara dəniz üzərində 8 saatlıq patrul uçuşu etdi
21:45 16.10.2026
Qara dəniz üzərində 8 saatlıq patrul uçuşu etdi
Türkiyədə yüksək meteoroloji təhlükə elan edildi
21:36 16.10.2026
Türkiyədə yüksək meteoroloji təhlükə elan edildi
Zelenski: Ukrayna yaxın vaxtlarda ilk “Gripen” qırıcılarını alacaq
21:29 16.10.2026
Zelenski: Ukrayna yaxın vaxtlarda ilk “Gripen” qırıcılarını alacaq
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
21:20 16.10.2026
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
21:13 16.10.2026
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
21:06 16.10.2026
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər
20:58 16.10.2026
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər