'Ukraynada yaşayan azərbaycanlı gənclərin namizədi İlham Əliyevdir'

GƏNCLİK
13:50 20.05.2013
1937

Bu gün Ukraynanın Odessa şəhərində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin III Ümumukrayna forumuna start verilib.

AZXEBER.COM-un məlumatına görə, forumda Şərqi Avropada təhsil alan və çalışan gənclər, eyni zamanda Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatları sədrləri, gənc liderlər iştirak edir. UAGB-nin sədri Anar Tahirovun AZXEBER.COM-a verdiyi məlumata görə, Ukraynada yaşayan azərbaycanlı gənclər hər zaman olduğu kimi, bu gün də Prezident İlham Əliyevin ətrafında birləşiblər. Onun sözlərinə görə, bu ondan irəli gəlir ki, Azərbaycan gəncləri cənab Prezidentə hər zaman olduğu kimi, bu gün də inanır və Prezident İlham Əliyevi dəstəkləyirlər: "Ukraynada yaşayan azərbaycanlı gənclər bu il ölkəmizdə keçiriləcək prezident seçkilərində cənab Prezident İlham Əliyevi dəstəkləyəcəklərini bəyan edirlər. Bununla bağlı mayın 20-21-də Odessa şəhərində keçiriləcək Ukrayna Azərbaycanlı Gənclər Birliyinin III Ümumukrayna Forumunun yekun sənədində Ukraynada təhsil alan azərbaycanlı gənclərlə Şərqi Avropa ölkələrində təhsil alan tələbələrin gələcək fəaliyyət proqramı, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında onların qarşısında duran vəzifələr, xüsusən də bu ilin oktyabr ayında Azərbaycanda keçiriləcək prezident seçkilərində gənclərin mövqeyinin bəyan edilməsi öz geniş əksini tapacaq". UAGB sədri bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. "Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dünyada daha da tanınır, qüdrətli dövlətə çevrilir, ölkədə əhalinin rifah halı gündən-günə yaxşılaşır. Bu gün yüzlərlə Azərbaycan gənci dövlətin səyi nəticəsində xarici ölkələrdə, o cümlədən Ukraynada təhsil alır və hazırda dövlət qurumlarında çalışan gənclərin sayı getdikcə artır. Bu gün gənclərin məşğulluğunun təmin olunması istiqamətində də mühüm addımlar atılır. Ona görə də Ukraynada yaşayan azərbaycanlı gənclər cənab İlham Əliyevin növbəti prezident seçkilərində birmənalı olaraq qalib gələcəyinə əmindirlər", Anar Tahirovun dediyinə görə, “Reallaşan idealar” şüarı ilə baş tutan forumda Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti, gənclərin özünü realizə etməsi üçün yaradılan imkanlar və gəncliyimizin qarşısında duran hədəflər müzakirə olunur. O həmçinin qeyd edib ki, Azərbaycanda bütün ideyalar Prezident İlham Əliyevin dəstəyi və siyasi iradəsiylə reallaşır. Qeyd edək ki, forumun əsas maliyyə xərclərini hər zaman böyük sosial layihələr həyata keçirməklə yüksək nüfuz qazanmış Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycan Gənclər Fondu öz üzərinə gotürüb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Putin Ukraynanın hərbi sənaye və logistika mərkəzlərinə zərbələrin endirilməsi əmrini verdi
23:05 16.10.2026
Putin Ukraynanın hərbi sənaye və logistika mərkəzlərinə zərbələrin endirilməsi əmrini verdi
Aİ silah alınması üçün Ukraynaya 16 milyard avro ayırıb
22:58 16.10.2026
Aİ silah alınması üçün Ukraynaya 16 milyard avro ayırıb
Türkiyədə yol qəzası nəticəsində 17 nəfər xəsarət alıb
22:50 16.10.2026
Türkiyədə yol qəzası nəticəsində 17 nəfər xəsarət alıb
İran yəmənliləri Səudiyyə Ərəbistanına hücuma təhrik etməsi ilə bağlı iddiaları təkzib edib
22:41 16.10.2026
İran yəmənliləri Səudiyyə Ərəbistanına hücuma təhrik etməsi ilə bağlı iddiaları təkzib edib
Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır
22:32 16.10.2026
Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır
Ukrayna ilk dəfə "Qazprom"un zavodunu vurdu
22:20 16.10.2026
Ukrayna ilk dəfə "Qazprom"un zavodunu vurdu
Baş məşqçinin vəkili Ronaldonun davranışını tənqid etdi
22:13 16.10.2026
Baş məşqçinin vəkili Ronaldonun davranışını tənqid etdi
Roma Papası Fransisk Putinlə telefon danışığı apardı
22:03 16.10.2026
Roma Papası Fransisk Putinlə telefon danışığı apardı
Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib
21:56 16.10.2026
Zelenski 2027-ci ildə Ukraynanın müdafiəsi üçün Aİ-dən əlavə 70 milyard avro istəyib
Qara dəniz üzərində 8 saatlıq patrul uçuşu etdi
21:45 16.10.2026
Qara dəniz üzərində 8 saatlıq patrul uçuşu etdi
Türkiyədə yüksək meteoroloji təhlükə elan edildi
21:36 16.10.2026
Türkiyədə yüksək meteoroloji təhlükə elan edildi
Zelenski: Ukrayna yaxın vaxtlarda ilk “Gripen” qırıcılarını alacaq
21:29 16.10.2026
Zelenski: Ukrayna yaxın vaxtlarda ilk “Gripen” qırıcılarını alacaq
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
21:20 16.10.2026
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
21:13 16.10.2026
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
21:06 16.10.2026
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər
20:58 16.10.2026
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər