Umayra Tağıyeva: "Bu ay havanın temperaturu 17 gün normadan yüksək olub"

SOSİAL
10:59 24.09.2021
158
"Bu ilin sentyabr ayı nisbətən mülayim temperatur rejimi ilə səciyyələnsə də, birinci ongünlükdə bəzi günlər arasında olan temperatur fərqi 20 dərəcəyə çatıb. Buna misal olaraq, sentyabrın 2-də Bakıda temperaturun 36.1, Sumqayıtda 38.2 dərəcəyədək yüksəlməsini, sentyabrın 8-də və 19-da isə 17.5 dərəcə isti olmasını qeyd etmək olar. Elə bircə bu fakt iqlim dəyişmələrinin təzadlı olmasını göstərir".

AZXEBER.COM xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

O qeyd edib ki, qısa müddətdə respublika üzrə 6 dəfə dolu hadisəsi, leysan xarakterli güclü yağışlar nəticəsində Böyük Qafqaz ərazisindən axan Talaçay-Zaqatala, Balakənçay-Balakən, Əyriçay-Baş Daşağıl məntəqələrindən, Lənkərançay-Sifidor məntəqəsindən, Katexçaydan keçən qısamüddətli sel hadisələri qeydə alınıb: "Ümumilikdə Bakıda havanın orta sutkalıq temperaturu 24.5 dərəcə isti təşkil edib ki, bu da normadan 1.7 dərəcə yüksəkdir. Sentyabrda havanın temperaturu 17 gün normadan yüksək (1.0-5.5 dərəcə), 4 gün isə normadan aşağı olub. Bakıda əsasən şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti 28 m/s–dək çatıb".

"Çoxillik meteoroloji müşahidələrə görə, sentyabr ayı üzrə ən isti hava Bakıda 2003-cü ilin sentyabrın 1-də qeydə alınıb. Həmin gün havanın maksimal temperaturu 37.6 dərəcə isti olub. Sentyabr ayı üzrə ən soyuq hava isə 1956-cı il sentyabrın 26-da Bakıda qeydə alınıb. Həmin tarixdə havanın minimal temperaturu 6.9 dərəcə isti olub. Ölkə ərazisində yağıntılar ay ərzində qeyri-bərabər paylanıb. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında aylıq normanın 23, Qazax-Gəncə zonasında 45, Zaqatalada 134, Balakəndə 175, Mərkəzi Aran zonasında 17, Lənkəran-Astara zonasında 110 faizini təşkil edib”, - Xidmət rəisi əlavə edib.

O, atmosfer havasının keyfiyyətinin monitorinqinin Bakı şəhərinin Xətai, Nizami, Nərimanov, Səbail inzibati rayonları ərazisində, Sumqayıt və Gəncə şəhərlərində fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirildiyini qeyd edib: "Avtomatik stansiyalardan əldə etdiyimiz məlumatlara əsasən, kükürd qazı və dispers toz hissəciklərinin qatılıqları sanitar norma daxilində qeydə alınıb. Sentyabrın I ongünlüyündə hidrogen sulfid yol verilən qatılıq həddindən 2.7, dəm qazı isə 1.1 dəfə, II ongünlükdə isə hidrogen sulfid yol verilən qatılıq həddindən 2.5, dəm qazı 1,1 dəfə yüksək müəyyən edilib. Bakı şəhərində fəaliyyət göstərən avtomatik monitorinq stansiyalarının və eləcə də, günün müxtəlif saatlarında keçirilən monitorinqlərin nəticələri atmosfer havasının çirklənmə səviyyəsinin ötən illərlə müqayisədə yetərincə azaldığını göstərir. Belə ki, azot, karbon və kükürd oksidlərinin, eləcə də, PM10 dirspers tozun və karbohidrogenlərin miqdarı xeyli aşağı düşüb".

Mütəxəssislərin rəyinə görə, atmosfer havasında çirkləndirici qaz qarışıqlarının sanitar normaya uyğun olmasına səbəb son zamanlar Bakı şəhərində fəaliyyət göstərən müəssisələrin ekoloji normalara riayət etmələri, nəqliyyat vasitələrinin hərəkətinin bir qədər azalması və bəzi ictimai-iaşə obyektlərinin fəaliyyətlərinin məhdudlaşdırılması ilə bağlı olub”.

Xidmət rəisinin sözlərinə görə, bu ilin sentyabr ayında transsərhəd gətirmələrin olmaması səbəbindən dispers tozun miqdarı norma həddindən aşağı qeydə alınıb. Eləcə də, şimal, şimal-qərb küləklərinin üstünlüyü çirkləndirici qaz qarışıqlarının intensiv səpələnməsinə şərait yaradıb və havanın keyfiyyəti qənaətbəxş olub.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:49 28.11.2021

Saatlıda bir sıra obyektlərdə karantin qaydalarının pozulması aşkarlandı

15:37 28.11.2021

Zərrin Özər intihara cəhd etdi

15:23 28.11.2021

Rusiyada "omikron" ştamına yoluxma halları aşkarlandı

14:58 28.11.2021

İsveçrə Avropanın bir neçə ölkəsindən girişi məhdudlaşdırdı

14:31 28.11.2021

İran prezidenti Ərdoğanla görüşdü: Regionda təhlükəsizliyi qoruya bilərik

14:10 28.11.2021

Daxili Qoşunların iki hərbi qulluqçusu minaya düşdü

14:01 28.11.2021

Daha bir ölkədə yeni ştamla bağlı karantin qaydaları sərtləşdirildi

13:36 28.11.2021

Qara və boz paltarlar sağlamlıq üçün təhlükəlidir: XƏBƏRDARLIQ

13:18 28.11.2021

İlham Əliyev: "Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib"

13:09 28.11.2021

Ərdoğan: "Azərbaycanın bölgədə rifahın artması üçün atdığı addımlar təqdir edilməlidir"

13:04 28.11.2021

Dövlət başçısı: "Əminəm ki, İƏT-ə üzv ölkələr Zəngəzur dəhlizindən istifadə edəcəklər"

12:59 28.11.2021

Təhlükəli “Omikron” ştammı yayılır: Azərbaycan bundan qorunmaq üçün nə etməlidir? - AÇIQLAMA

12:52 28.11.2021

"Azərbaycanın xarici borcunu 2030-cu ilin sonuna qədər endirməyi planlaşdırırıq"

12:46 28.11.2021

"İƏT-ə üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır"

12:13 28.11.2021

Dünyada pandemiya ilə bağlı vəziyyət gündən-günə ağırlaşır

11:58 28.11.2021

Sabah hava yağmursuz keçəcək - külək əsəcək