“Unibank” aprel şəhidinin anasını məhkəməyə verdi: "Qaytarmasan, tutduracağıq!"

“Unibank” aprel şəhidinin anasını məhkəməyə verdi: "Qaytarmasan, tutduracağıq!"
SOSİAL
14:30 25.11.2016
7400

Ötən ilin aprel döyüşlərində Şəhid olmuş Baxşəliyev Rəşid Əlifağa oğlunun anası Baxşəliyeva Çimnaz Əsgər qızını "Unibank” rəhbərliyi 1000 manat kredit borcuna görə məhkəməyə verib.

Bu barədə şəhid anası  məlumat verib : "Unibank”dan 2015-ci ilin yanvar ayında "Albalı kart” aldım və bu kart vasitəsi ilə hesabımdan 500 manat pul çıxardım. Həmin vaxt maddi durumumuz yaxşı deyildi, həyat yoldaşım da xəstədi, işləmirdi. Həmin pulla Rəşid hərbi xidmətdə olarkən ona da dəyməyə getdim və qalanını isə evə sərf etdim.

Bundan başqa "Kapital Bank”a da 3500 manat kredit borcum var idi. Rəşid Şəhid olandan sonra "Kapital Bank” rəhbərliyi məni çağırıb dedi ki, 3500 manat sənin kimi anaların ağ saçlarına qurban olsun. Beləcə bank rəhbərliyi 3500 kredit borcumu sildi. Çünki vəziyyətimiz həqiqətən yaxşı deyil. Özüm Bakı şəhəri yaşıllaşdırma idarəsinin 2 saylı təsərrüfat birliyində bağ fəhləsi işləyirəm. İndi səhhətimlə bağlı məni məzuniyyətə göndəriblər. Çünki gözümün ağı-qarası tək oğlum şəhid olandan sonra səhhətimdə problemlər yaranıb.

Başımız yas mərasiminə qarışdığı bir vaxtda "Unibank” məni Zəngilan məhkəməsinə verərək pulu ödəməyimi xahiş edib. Yığılan faizlə birlikdə 500 manat şişərək artıq 1000 manata çatıb. Mən də məhkəməyə gedib dedim ki, ödəməyə imkanım yoxdu. Nə mən, nə də həyat yoldaşım işləyir. Bir oğlum var idi, o, da şəhid oldu. Problem elə də qalıb. Bunlar bir Şəhid ailəsinin 1000 manat kreditini silə bilmir?! Niyə "Kapital Bank” Şəhid anası olduğum üçün o addımı atdı, "Unibank”yox. Mən çox təəssüf hissi keçirirəm. Oğlum sağ olsaydı, indi gedib işləyərdi, qoymazdı anası banklarda kredit əsiri olsun. Mən Müdafiə Nazirliyindən mənə kömək etmələri ilə bağlı xahiş edirəm”. (moderator.az)

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp İrana hücum barədə müttəfiqləri əvvəlcədən xəbərdar etməməsinin səbəbini açıqladı
22:30 19.03.2026
Tramp İrana hücum barədə müttəfiqləri əvvəlcədən xəbərdar etməməsinin səbəbini açıqladı
Tbilisi prospektində hərəkətin təşkilində dəyişiklik edilib - VİDEO
22:16 19.03.2026
Tbilisi prospektində hərəkətin təşkilində dəyişiklik edilib - VİDEO
ABŞ-nin Azərbaycandakı səfirliyi beş gün bağlı olacaq
22:08 19.03.2026
ABŞ-nin Azərbaycandakı səfirliyi beş gün bağlı olacaq
“Sabah” doğma meydanda qələbə qazandı
21:59 19.03.2026
“Sabah” doğma meydanda qələbə qazandı
İki ölkə Ukraynaya ayrılan 90 milyard avroluq hərbi yardımı blokladı
21:53 19.03.2026
İki ölkə Ukraynaya ayrılan 90 milyard avroluq hərbi yardımı blokladı
KİV: İran İsraildəki elektrik stansiyasına və neft emalı zavoduna zərbələr endirib
21:48 19.03.2026
KİV: İran İsraildəki elektrik stansiyasına və neft emalı zavoduna zərbələr endirib
Azərbaycanın İtaliyadakı səfirliyinin konsulluq bölməsi 11 gün işləməyəcək
21:41 19.03.2026
Azərbaycanın İtaliyadakı səfirliyinin konsulluq bölməsi 11 gün işləməyəcək
Axtarışda olan şəxs Ukraynadan Azərbaycana gətiriləcək
21:33 19.03.2026
Axtarışda olan şəxs Ukraynadan Azərbaycana gətiriləcək
KİV: İran ABŞ-a məxsus F-35 qırıcısını vurub
21:24 19.03.2026
KİV: İran ABŞ-a məxsus F-35 qırıcısını vurub
Britaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi
21:13 19.03.2026
Britaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi
Gəncədə 34 yaşlı şəxs bıçaqlandı
20:54 19.03.2026
Gəncədə 34 yaşlı şəxs bıçaqlandı
Özbəkistanın rəsmi UZA agentliyi: Daşkənd və Bakı regional iqtisadi əməkdaşlığın yeni modelini qurur
20:46 19.03.2026
Özbəkistanın rəsmi UZA agentliyi: Daşkənd və Bakı regional iqtisadi əməkdaşlığın yeni modelini qurur
Bu xətt üzrə avtobuslar yeniləndi - Kart sisteminə keçdi
20:32 19.03.2026
Bu xətt üzrə avtobuslar yeniləndi - Kart sisteminə keçdi
Nuranın xalq artisti ilə dueti bu səbəbdən baş tutmadı
20:23 19.03.2026
Nuranın xalq artisti ilə dueti bu səbəbdən baş tutmadı
Azərbaycanda bu məmurların, nazirlərin maaşı artırıldı - SİYAHI - RƏQƏMLƏR
20:14 19.03.2026
Azərbaycanda bu məmurların, nazirlərin maaşı artırıldı - SİYAHI - RƏQƏMLƏR
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
20:06 19.03.2026
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib