Naməlum şəxs universitetə daxil olaraq, tələbələrə atəş açmağa başlayıb. Nəticədə 7 nəfər ölüb, 3 nəfər yaralanıb. Hücum edən şəxs ətrafdakılara ardıcıl atəş açaraq, hadisə yerindən uzaqlaşıb. Şahidlər onlarla güllə səsi eşitdiklərini bildiriblər.Hücum edən şəxs bir neçə saatdan sonra Ouklend yaxınlığındakı Alamida şəhərində həbs edilib. İlkin versiya kimi hücum edənin bir vaxtlar universitetdən qovulmuş tələbə olduğu səsləndirilib. Sonradan hücum edənin 43 yaşlı koreyalı olduğu və həqiqətən də bir vaxtlar bu universitetdən qovulduğu açıqlanıb. Özəl universitetdə ABŞ-dakı Koreya icmasının oxuduğu bildirilir. Cinayətin motivləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.Qeyd edək ki, silah almağa lisenziya əldə etməyin çox asan olduğu Birləşmiş Ştatlardan son vaxtlar bu cür xəbərlər tez-tez gəlir. Bu, son 5 ayda 4-cü belə universitetə hücum faktıdır.