Universitetlərə boş qalan yerlərin sayı açıqlandı

Universitetlərə boş qalan yerlərin sayı açıqlandı
Bütün Xəbərlər
12:27 07.09.2012
1301

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəhbəri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında özəl ali məktəblərə boş qalan yerlərin sayını açıqlayıb.

AZXEBER.COM-un məlumatına görə, Komissiya sədri bildirib ki, hazırda Aqrar Universitetində 517, Xəzər universitetində 95, Təfəkkür Universitetində 114, Odlar Yurdunda isə 194 boş yer var: “Bu da onu göstərir ki, yenə də boş qalan yerlər özəl ali məktəblərin payına düşür”.

Məleykə Abbaszadə həmçinin qruplar üzrə nəticələri də açıqlayıb. TQDK sədrinin sözlərinə görə, 1-ci qrup üzrə 150-200 bal toplayan tələbələr – 2 min 100 nəfərdir, 600-dən çox bal toplayan 59 tələbə Qafqaz universitetini seçib. İkinci qrup üzrə 600-dən çox balla qəbul olunan 90 tələbə Qafqaz Universitetini və Diplomatik Akademiyanı seçib. 4-cü qrup üzrə 150-200 bal toplayanlar 133 nəfər təşkil edir. 600-dən yuxarı bal toplayanlar Tibb Universitetini seçib. 3-cü qrup üzrə 600-dən çox bal toplayan 149 tələbə isə Bakı Dövlət Universitetində təhsil almağı üstün bilib.

OXŞAR XƏBƏRLƏR