Universitetlərin beynəlxalq reytinq cədvəli: Azərbaycan universitetləri geridə qaldı (YENİLƏNİB)

Universitetlərin beynəlxalq reytinq cədvəli: Azərbaycan universitetləri geridə qaldı (YENİLƏNİB)
GƏNCLİK
11:52 07.02.2012
1731

Xəbər verdiyimiz kimi, dünya ali məktəblərinin ”Webometrics” adlı reytinq cədvəli açıqlanıb.

APA-nın məlumatına görə, 2012-ci ilin yanvar ayında dünya ali məktəblərinin ümumi gücü, müasirliyi, o cümlədən elektron-virtual dünyada gücü, tanınması əsas götürülərək 23 000 ali məktəb, o cümlədən Azərbaycandan 38 ali məktəb növbəti dəfə öyrənilib, tədqiq olunub. Nəticədə ali məktəblərin adı açıqlanıb, onların hər birinin tutduğu yer elan edilib. Reytinq üzrə yüksək liqada (ilk 1/3) Azərbaycandan yalnız bir ali təhsil müəssisəsi - Xəzər Universiteti yerləşib (6233-cü yer). İkinci liqada (ikinci 1/3) ilk 3 yeri Qafqaz Universiteti (7771), Bakı Dövlət Universiteti (8833), Azərbaycan Diplomatiya Akademiyası (8926) tutur. Burada Azərbaycanın 18 ali məktəbi yer alıb.

Məsələylə bağlı AZXEBER.COM Təhsil Nazirliyinin mətbuat xidmətinə müraciət edib. Lakin Təhsil Nazirliyinin müvafiq şöbəsindən bu haqda suallara cavab verilməyib.

Məsələyə yenidən qayıdacayıq.

Gülnarə BAYRAMOVA

OXŞAR XƏBƏRLƏR