'Univision'un püşkatması oldu

GƏNCLİK
16:10 11.05.2012
1925
Azərbaycanda tələbələr arasında ilk dəfə keçiriləcək “Univision” mahnı müsabiqəsinin püşkatma mərasimi oldu AGİN-dən AZXEBER.COM-a verilən məlumnata görə, mərasimdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov, Respublikanın əməkdar artisti Tünzalə Ağayeva, Gənclər və İdman nazirliyinin mətbuat katibi Səmayə Məmmədova və Muz tv-nin nümayəndəsi Tamara Çayxorskaya iştirak edirdilər. Azərbaycanda ilk dəfə olaraq tələbələr arasında keçiriləcək “Univision” mahnı müsabiqəsinin yarım final mərhələsi 15 may, final mərhələsi isə 17 may tarixlərində Heydər Əliyev adına Sarayda baş tutacaq. 1-ci yerin qalibinə “Univision” layihəsinin xüsusi kuboku və 3000 AZN təqdim ediləcək. Bundan əlavə qalib şəxs (ifaçı və ya qrup) ATGTİ-nin fəaliyyətinə geniş şəkildə cəlb ediləcək və təşkilatın müəyyən layihələrinin siması olacaq. Müsabiqədə qalibiyyətin, ali təhsil ocağında birinciliyin işarəsi olaraq deviz “Birinci ol” adlandırılıb. Hal hazırda “Univision” mahnı müsabiqəsinin iştirakçıları əməkdar artist Tünzalə Ağayevanın studiyasında müğənninin rəhbərliyi altında məşqlər keçirlər. Bununla yanaşı layihəyə tanınmış stilist və imicmeykerlər də cəlb olunub. Növbəti illərdə yarışmanın MDB məkanına çıxarılması nəzərdə tutulub. Bunula yanaşı Avropa Universitetlərinin də “Univision” tələbə mahnı müsabiqəsinə qoşulması istiqamətində müəyyən işlər aparılır. Qeyd edək ki, “Univision” mahnı yarışması Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşəbbüsü ilə həyata keçirilir. Gələcəkdə bu musiqi yarışmasına xarici ölkələrdən olan universitetlərin də cəlb olunması istiqamətində işlər görülür.

OXŞAR XƏBƏRLƏR