Urmiya görüşündə Bəyannamə qəbul edilib

Bütün Xəbərlər
05:31 17.04.2011
1602

AZXEBER.COM portalının “AzərTAc” dövlət agentliyinə istinadən verdiyi məlumata görə, İranın xarici işlər naziri Əli Əkbər Salehinin dəvəti əsasında baş tutmuş görüş dostluq və səmimilik şəraitində keçip. 

Nazirlər qeyd ediblər ki, üçtərəfli görüşlərin hər il iki dəfə olmaq şərti ilə əyalət şəhərlərində təşkil edilməsi onların qarşılıqlı razılıqları əsasında həyata keçirilir. Belə görüşlər əlaqələrin daha sürətlə genişləndirilməsinə xidmət etdiyi kimi, regionda sülhün və əmin-amanlığın qorunmasına da böyük töhfələr verir.

Sonda nazirlər Urmiya Bəyannaməsi qəbul ediblər. Doqquz bənddən ibarət Bəyannamədə iqtisadiyyatın kompleks inkişafı, turizm, elm və mədəniyyət sahələrində əlaqələrin genişləndirilməsi, terrorizmə, insan alverinə, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə imkanların əlaqələndirilməsi, regional və beynəlxalq təşkilatlarda əməkdaşlıq, münaqişələrin dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı çərçivəsində həlli və digər məsələlərə dair üçtərəfli əməkdaşlığın qurulmasına dair prinsiplər əksini tapıb.

 

OXŞAR XƏBƏRLƏR