Uruqvay parlamentinin sədri Azərbaycanın işğal altındakı ərazilərinə getdi
Bütün Xəbərlər
09:14 14.11.2012
747
Uruqvay parlamentinin Nümayəndələr Palatasının sədri Xorxe Orikonun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın işğal altındakı ərazilərinə səfər edib.AZXEBER.COM-un erməni KİV-inə istinadən verdiyi məlumata görə, onlar Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşüblər.Bako Saakyan Xorxe Orikoya Uruqvay parlamentinin qondarma erməni soyqırımı iddialarını tanıdığına görə təşəkkür edib.Xorxe Oriko Uruqvayın Dağlıq Qarabağ separatçı rejimini ilə əlaqələrinin qurulması istiqamətində addımların atılmasının vacibliyini bildirib.Qeyd edək ki, hələlik Azərbaycan XİN Uruqvaylı deputatların beynəlxalq hüququn norma və prinsiplərinə zidd adımına münasibət bildirməyib.