Uşaq Gənclər və İdman naziriylə məzələndi - VİDEO

MARAQLI
11:27 25.08.2012
2190
Türkiyənin Gənclər və idman naziri ilə 11 yaşlı uşaq arasında qəribə bir dialoq baş tutub. Muğla vilayətinin Marmaris rayonunda işgüzar səfərdə olan nazir Suat Kılıç cümə namazından sonra yerlilərlə söhbət edərkən yanına bir uşaq yaxınlaşıb. Selahi Varol adlı 11 yaşlı uşaq nazirə kağız və qələm verərək ondan imza istəyib. Nazir kağıza adını yazarkən Varolun verdiyi “sən nəyin başkanısan” – sualına, “buraya yazıram” – deyə cavab verib. Ətrafda olanların “Gənclər və idman naziri” deməsi ilə azyaşlı bu cavaba qeyri-adi reaksiya verib: “Yaa. Allaaah, kralsan!” – deyərək nazirin çiyninə vuraraq əlini öpən Selahi Varol daha sonra üzündən öpərək onu evlərinə dəvət edib. Azyaşlıya təşəkkür edən nazir ona 200 lirə (təx. 88 manat) bəxşiş verib.

Adobe

OXŞAR XƏBƏRLƏR