“Uşaq olmadan da xoşbəxt ailə olmaq olar" - KÖŞƏ

“Uşaq olmadan da xoşbəxt ailə olmaq olar" - KÖŞƏ
KÖŞƏ
00:03 17.02.2019
14199
 Sevinc Telmanqızı

Günün ən kədərli xəbərlərindən biri oldu mənimçün. Uşağı olmadığı üçün ayrılmağa məcbur edilən, sonra isə növbə ilə intihar edən ər-arvad. Dünyanın hansı ölkəsində belə olaylar baş verir deyə soruşsaz, əmin olun ki, cavab "inkişaf etməmiş ölkəsində” olacaq. Bizimki kimi ölkələrdə nə yazıq ki, ailənin tərifini, dəyərini hələ də olduğu kimi anlamayıblar. Hələ də bir qrup insan cütlük evlənəndən iki ay keçməmiş başlarının üstünü kəsdirib, "bir şey-mir şey var”, deyə sual verməyi adət hesab edirlər, kompleks keçirmirlər, adekvat olaraq veriləcək "sənin nə azarına” cavabından narahat deyillər, insanların yataq həyatını detalına qədər soruşurlar.

Hesab edin ki, hansısa cütlük evlənəndən dərhal sonra yox, bir neçə il sonra uşaq planlaşdırır. Ev almaq istəyir, borcunu bağlayandan sonra uşaq barədə düşünür və ya dünya səyahətinə çıxacaq. Və ya heç planlaşdırmır. Hər nə... Amma nə mümkün? Ağbirçəklər şurası dərhal yekdil komanda kimi özünü ortaya salacaq. Uşaq niyə olmur, problem kimdədir, həkimə niyə getmirsiz...? Bu suallar kar etməyəndə türkəçarələr dövriyyəyə girəcək. "Bel çəkdirən” xalalar, məcun hazırlayan falçılar, keçibuynuzunu torba-torba satan bibilər və bunun kimi bir neçə vasitə...

Utandıracaqlar, abırdan salacaqlar, çərlədəcəklər, amma əl çəkməyəcəklər. Sanki ölkənin demoqrafik durumundan bunlar məsuldular. Sanki evdən körpə səsi gəlməsə, bunların qulağından qan gələcək. Sanki çox yanırlar bu cütlüyün dərdinə, onların uşaqları olmasa, bunlar o dərdi özlərinə yük edəcəklər. "Sanki”lərin hər biri özü boyda ironiyadır. Sadəcə bir qrup insan necə yaşayacaqlarını bilmir. Yaşaya bilmirlər. Öz həyatlarının anasını ağladandan sonra keçirlər qohum-əqrəbaya, qonşulara, iş yoldaşlarına. İctimai bir vəzifə kimi icra edirlər bunu üstəlik. Hər görəndə soruşmaq, üz verilməyəndə israrla bunu davam etmək, bu da kar etməyəndə dedi-qodu çıxarmaq. "Aaz eşitmisən, deyirlər oğlan...” Bunun kimi dürlü-dürlü çirkinliklər. Və inanın ki, belə xalaların "dosyesində”ki qayınana-baldız-elti davalarından serial çəkilər. İllərlə özlərinə, ərlərinə, uşaqlarına həyatı dar edəndən sonra keçiblər digərlərininkinə. Təcrübəlidilər, məşqlidilər bu mövzuda. Yara yaradıb, sonra onu qaşımayınca, qan çıxarmayınca sakitləşməyən cinsdəndilər onlar. Hər birinizin həyatında olub belələri, yadınıza salın, haqq verəcəksiniz...

Günah təkcə ictimai basqıdadırmı? Guya bütün cütlüklər ailənin nə olduğunu anlayır? "Uşaqsız ailə olmaz” bizim şüurlarda o qədər dərin kök salıb ki. Halbuki dörd-beş uşaqla belə ailə olmağı bacarmayanlar var. Uşağını atanlar, ailəsini unudanlar, içib-içib uşağını döyənlər... Yəni, bardağın dolu tərəfi də var, boş tərəfi də. Ailə olmağın gözəlliyini bilən elə uşaqsız da buna nail ola bilir. Bir-biri ilə həyatı paylaşan, yaxşı və pis gündə dəstək olan, lənət şeytana, bir-birini dinləməyi, anlamağı bacaran nə qədər cütlük var ətrafınızda? Siz o toyda-düyündə el gözünə çəkilən ailə fotolarını atın bir qırağa, o bağlı qapıların arxasında hansı söhbətlərin getdiyindən xəbərdarsız? "Yetimlərinin yeməyini bişirib, paltarını yumaqdan bezar oldum” deyən qadınlar var. Uşaq böyütdüyü üçün ərinə minnət qoyan, onlarla şantaj edən... Qanınızı qaraltmaq istəmirəm, amma həyata çəhrayı gözlüklərlə baxmasaqmı əcəba?

Bu cütlüyü də "bir şey-mir şey” sualı ilə illərlə bezar edəndən sonra ayırıblar çox güman ki. Oğlanı yenidən evləndirəcək, qızı da ata evinə göndərib, qardaşı uşaqlarına, yaşlı ata-anasına baxıcı edəcəkdilər. Yazılmamış qanunlardır bunlar. Amma bu dəfə tərs təpdi, aksioma yanlış çıxdı. Ortada böyük sevgi vardı çox güman. Uşaq olmadan da bərabər yaşamağın, sevməyin, saymağın, arzulamağın nümunəsi idi bu cütlük. Demirəm ki, yaşanan sevgi dastanıdır. Amma həm də cəmiyyət ayıbının bir örnəyidir. O xalaların, bibilərin üzünə çəkilən sərt sillədir. Lütfən bir üzünə sillə çəkilənlər o biri üzünü göstərməsin. Həyat insana ikinci şans vermir...
 
Musavat.com
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib
19:00 23.08.2026
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib
SEPAH: İranın ABŞ sanksiyalarına qarşı mübarizə ssenarisi mövcuddur
18:53 23.08.2026
SEPAH: İranın ABŞ sanksiyalarına qarşı mübarizə ssenarisi mövcuddur
Manuel Noyer TARİX YAZDI
18:48 23.08.2026
Manuel Noyer TARİX YAZDI
UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununun hakimləri müəyyənləşdi
18:44 23.08.2026
UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununun hakimləri müəyyənləşdi
İsmayıllıda minik avtomobilləri toqquşub, xəsarət alanlar var
18:38 23.08.2026
İsmayıllıda minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Mirziyoyev Özbəkistan-Azərbaycan nəqliyyat dəhlizinin yaradılmasını təklif edib
18:34 23.08.2026
Mirziyoyev Özbəkistan-Azərbaycan nəqliyyat dəhlizinin yaradılmasını təklif edib
Mirziyoyev İlham Əliyevin Özbəkistana dövlət səfərinin tarixi əhəmiyyət kəsb etdiyini bildirib
18:28 23.08.2026
Mirziyoyev İlham Əliyevin Özbəkistana dövlət səfərinin tarixi əhəmiyyət kəsb etdiyini bildirib
Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimləri baş tutub
18:25 23.08.2026
Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimləri baş tutub
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
18:20 23.08.2026
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana səfərə dəvət edib
18:17 23.08.2026
İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana səfərə dəvət edib
Hikmət Hacıyev Nizami Gəncəvi adına Özbəkistan Milli Pedoqoji Universitetinin yeni binasından paylaşım edib - VİDEO
18:09 23.08.2026
Hikmət Hacıyev Nizami Gəncəvi adına Özbəkistan Milli Pedoqoji Universitetinin yeni binasından paylaşım edib - VİDEO
Qazaxıstan Qurultayına seçkilərdə seçici fəallığı 72%-i ötüb
18:06 23.08.2026
Qazaxıstan Qurultayına seçkilərdə seçici fəallığı 72%-i ötüb
İranda on milyardlarla dollar dəyərində təbii qaz yatağı kəşf edildi
17:59 23.08.2026
İranda on milyardlarla dollar dəyərində təbii qaz yatağı kəşf edildi
El Nino güclənir: Son illərin ən güclü hava hadisələrindən biri ola bilər
17:53 23.08.2026
El Nino güclənir: Son illərin ən güclü hava hadisələrindən biri ola bilər
Zelenski Ukraynada seçki keçirilməsi ideyasını sərt tənqid edib
17:47 23.08.2026
Zelenski Ukraynada seçki keçirilməsi ideyasını sərt tənqid edib
Şavkat Mirziyoyev: “İki ölkə – bir çempionat” proqramının hazırlanması lazımdır
17:42 23.08.2026
Şavkat Mirziyoyev: “İki ölkə – bir çempionat” proqramının hazırlanması lazımdır