"Uşaqların peyvənd olunmasına hələlik ehtiyac yoxdur" - Həkim

"Uşaqların peyvənd olunmasına hələlik ehtiyac yoxdur" - Həkim
ÖZƏL
14:23 27.08.2021
1273
Son günlər koronavirusa (COVID-19) yoluxmada yüksək rəqəmlərin müşahidə olunması qarşıdakı aylarda vəziyyətin necə olacağı ilə bağlı suallar yaradıb. 

Bəs peyvəndlənmənin sürətlə davam etdiyi vaxtda qarşıdakı aylarda yoluxma dinamikasındakı proqnozlar necədir?

Həkim-infeksionist Nicat Əzimli AZXEBER.COM-a açıqlamasında yoluxma dinamikasında növbəti aylarla bağlı proqnozunu bildirib.

O, qeyd edib ki, növbəti aylarda yoluxmada artım görə bilərik:

"Son günlər yoluxma dinamikasında artım müşahidə olunur. Bu, hazırki vəziyyətdə gözləniləndir. Amma bir çox insanın xəstəliyə yoluxması onlarda 3-6 ay ərzində immunitet yaradır ki, bu da yoluxmalardakı böyük rəqəmlərin müsbət tərəfidir. Biz bilirik ki, vaksinasiya prosesi də sürətlə davam edir, hər kəs də vəziyyəti anlayaraq bu prosesdə aktiv iştirak edir. Bu da əhali arasında immunitetin artmasına səbəb olur və yenidən yüksək rəqəmləri görməyin riskini azaldır. Ancaq mövsümi respirator infeksiyalar də hazırda müşahidə olunur, bu da təbii haldır. Ehtimal olunur ki, qarşıdakı aylarda yüksək rəqəmlər görə bilərik”.
Sentyabrda məktəblərin ənənəvi qaydada tədrisə başlaması xəbəri isə vətəndaşlarda epidemiya ilə bağlı bir çox suallar yaradıb.

Məktəblər açıldıqdan sonra yoluxmanın arta biləcəyi, şagirdlər arasında peyvəndlənməyə ehtiyacın olub-olmaması vətəndaşları ən çox düşündürən məsələlərdəndir.

Nicat Əzimli bildirib ki, uşaqların peyvənd olunmasına hələ ki, ehtiyac görülmür:

"Uşaqların peyvənd olunmasının ciddi əks təsirləri qeydə alınmayıb. Uşaqların peyvənd olunmasına hələ ki, ehtiyac görülmür. Çünki uşaqlar arasında ciddi xəstəlik hallarına nadir rast gəlinir. Peyvəndlənmə böyük yaşlı insanlar üçün vacibdir. Amma hazırda Azərbaycanda 18 yaşdan yuxarı şəxslərin heç 50 faizi vaksinasiyada iştirak etməyib. Ona görə də, uşaqlar arasında vaksinasiyadan danışmaq hələ tezdir. Vacib olan 18 yaşdan yuxarı şəxslərin peyvəndlənmədə iştirak etməsidir”.

Aydın Nuri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
11:32 26.02.2026
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
11:20 26.02.2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
11:11 26.02.2026
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
11:06 26.02.2026
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
11:04 26.02.2026
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
Alyona Əliyeva paylaşım etdi
10:58 26.02.2026
Alyona Əliyeva paylaşım etdi
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
10:46 26.02.2026
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
10:23 26.02.2026
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
10:13 26.02.2026
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
09:59 26.02.2026
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
09:57 26.02.2026
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
09:54 26.02.2026
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
09:51 26.02.2026
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
09:49 26.02.2026
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
09:39 26.02.2026
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım
09:36 26.02.2026
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım