Usta işlədiyi sexdə dəm qazından boğularaq öldü

Usta işlədiyi sexdə dəm qazından boğularaq öldü
SOSİAL
12:14 23.03.2016
1824
Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.
Xətai Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun S.Orucov küçəsində yerləşən avtomobillərin təmiri sexində qeydə alınıb. Orada rəngsaz işləyən Göyçay rayon sakini, 1985-ci il təvəllüdlü Teymur Əhmədov dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.
APA.az
OXŞAR XƏBƏRLƏR