'Uğur hekayəm' Şəki və Zaqatalada təqdim edildi - FİLM
GƏNCLİK
15:12 19.11.2012
1448
ABŞ Təhsil Azərbaycan Məzunları İctimai Birliyi (AAA) Azərbaycan Gənclər Fondunun (AGF) maliyyə dəstəyi ilə regionlarda “Uğur hekayəm...” layihəsini icra edir. 16 noyabr, 2012-ci il tarixində Şəki şəhərində və 17 noyabr, 2012-ci il tarixində isə Zaqatala rayonunda “Uğur hekayəm” filminin təqdimatı keçirilib. Film üç gəncin həyat hekayəsindən bəhs edir. Azərbaycan Respublikasının müxtəlif regionlarından olan, xaricdə müxtəlif proqram məzunları olan bu üç gəncin uğur hekayəsi filmdə öz əksini tapıb.Filmə baxışdan sonra tədbir iştirakçıları tərəfindən film haqqında fikirlər söyləndi. Tədbir zamanı əsas müzakirə region gənclərinin uğur hekayəsinin formalaşmasında stereotiplərin qırılması və valideynlər tərəfindən övladlarının xaricdə təhsil almasına şansların yaradılması oldu. Həmçinin xaricdə təhsil almağın yolları və vacibliyi haqqında məlumat verildi.Qeyd edək ki, filmin bundan əvvəl Lənkəranda və Masallıda təqdimatları keçirilib. Növbəti nümayişlər isə Gəncə şəhəri və Qazax rayonunda keçiriləcək. Gənclərin uğur hekayələrini dinləmək və onlarla müzakirələr aparmaqla region gəncləri arasında təhsilə maraq və uğurlu karyera qurmaq üçün stimul yaradılacaq.Layihənin yekunu olaraq Bakı şəhərində region gənclərinin film haqqında şərhləri geniş ictimaiyyətə təqdim olunacaq.