Vüqar Əsgərov bildirib ki, müraciətlər arasında vətəndaşlara qeyri-etik münasibət, süründürməçilik, vətəndaşların qəbul edilməməsi hallarından şikayətlər var. Onun sözlərinə görə, şikayətlər təsdiq edildikdə həmin dövlət qulluqçusu barəsində intizam tənbehi tədbiri tətbiq olunur.