Vaqif Mustafayevə Serbiya Bayrağı Ordeni təqdim olundu

Vaqif Mustafayevə Serbiya Bayrağı Ordeni təqdim olundu
MƏDƏNİYYƏT
00:02 19.02.2014
1553

Azərbaycanın görkəmli kinorejissoru, xalq artisti Vaqif Mustafayev Serbiya Respublikasının daha bir ali mükafatına layiq görülüb.

AZXEBER.COM-un məlumatına görə, kinorejissor Azərbaycan və Serbiya arasında əlaqələrin genişləndirilməsində göstərdiyi xidmətlərinə görə Serbiya prezidentinin qərarı ilə Serbiya Bayrağı ordeni ilə təltif edilib. Ali mükafat bir çox ölkələrdə filmləri sevilərək izlənilən Azərbaycanın görkəmli kinorejissoru, xalq artisti Vaqif Mustafayevə Serbiya Respublikasının Müstəqillik Gününə həsr olunan təntənəli mərasimdə təqdim olunub. Tədbirdə tanınmış incəsənət xadimləri, eləcə də bir çox ölkələrin Azərbaycandakı rəsmi təmsilçiləri iştirak edirdilər. Ordeni kinorejissora Serbiya Respublikasının ölkəmizdəki səfiri Zoran Vayoviç təqdim edib. Azərbaycanla Serbiyanın strateji tərəfdaş olduğunu qeyd edən diplomat hələ keçən il hər iki ölkənin prezidentlərinin strateji tərəfdaşlıq haqqında müqavilə imzaladıqlarını xatırladıb: “Bizim münasibətlərimiz hər tərəfli inkişaf edir. Mən çox şadam ki, bu gün biz burda Serbiya Respublikasının Müstəqillik Gününü qeyd edirik. Biz bu gün burda Space televiziyasının prezidenti Vaqif Mustafayevə dövlətlərarası mədəni əlaqələrin inkişafı, eləcə də kinomatoqrafiya sahəsində xidmətlərinə görə Serbiya Bayrağı Ordenini təqdim etdik”. Kinorejissor, xalq artisti Vaqif Mustafayev də doğma Vətənində belə bir ali mükafatı aldığına görə çox xoşbəxt olduğunu dilə gətirib: “Mən çox xoşbəxt insanam ki, hətta başqa dövlətlərdə də mənim sənətimə ,yaradıcılığıma qiymət verirlər”. Qeyd edək ki, Serbiya Respublikası İncəsənət Akademiyasının fəxri professoru adını daşıyan Vaqif Mustafayevin filimləri nəinki Serbiyada, eləcə də digər Avropa dövlətdərdə də maraqla izlənilir. Tədbirdə bildirildi ki, Vagif Mustafayev kinomatoqrafiyada gördüyü işlərlə Azərbaycanın bir çox Avropa ölkələri ilə incəsənət əlaqələrinin möhkəmlənməsinə çox önəmli tövhə verib. İki tərəfli əlaqələrin inkışafında Azərbaycanın görkəmli kinorejissoru, xalq artisti Vaqif Mustafayevin xidmətlərini xüsusi qeyd edən səfir Zoran Vayoviç həmçinin əlavə etdi ki, Serbiyadan olan aktyorlar hazırda tanınmış kinorejissorun layihələrində iştirak edirlər. Xatırladaq ki, Vaqif Mustafayev eyni zamanda Serbiyanın “Dünya kinosuna verdiyi tövhələrə görə” mükafatına da layiq görülüb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
17:44 04.06.2026
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
Nazir müavini Belarusda təhsil alan azərbaycanlı tələbələrlə görüşüb
17:43 04.06.2026
Nazir müavini Belarusda təhsil alan azərbaycanlı tələbələrlə görüşüb
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
17:40 04.06.2026
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
15:51 04.06.2026
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
15:38 04.06.2026
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
15:36 04.06.2026
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
15:24 04.06.2026
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA