Vaşinqton, Brüssel və Moskva: Azərbaycan və Ermənistan arasında bütün platformalarda sülh danışıqları intensivləşir

Vaşinqton, Brüssel və Moskva: Azərbaycan və Ermənistan arasında bütün platformalarda sülh danışıqları intensivləşir
SİYASƏT
16:55 03.06.2023
425
Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel, Almaniya kansleri Olaf Şolts və Fransa dövlət başçısı Emmanuel Makronun Kişineuda keçirilmiş "Avropa siyasi birliyinin” 2-ci Zirvə toplantısı çərçivəsində qeyri-rəsmi görüşdə gözlənilənlərin əksinə olaraq hər hansı bir sənəd imzalanmayıb.

Lakin bütün tərəflər görüşün müsbət keçdiyini və gələcək irəliləyişlərə ümid verdiyini qeyd ediblər.

AZXEBER.COM "report”a istinadən xəbər verir ki, görüşdən sonra Aİ Şurasının Prezidenti Şarl Mişel azərbaycanlı jurnalistlərə bildirib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə danışıqlarda müəyyən irəliləyiş var.

Bu, həm də ondan xəbər verir ki, növbəti görüşlərin və danışıqların qrafiki artıq müəyyən edilib. Belə ki, iyunun 12-də ABŞ-ın paytaxtı Vaşinqtondan çox da uzaqda yerləşməyən Arlinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri may görüşünün davamı olaraq ABŞ dövlət katibinin iştirakı ilə yenidən müzakirələr aparacaqlar. İyulun 21-də isə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan yenidən Brüsseldə görüşəcəklər. Bundan başqa, oktyabrda İspaniyanın Qranada şəhərində keçiriləcək "Avropa siyasi birliyinin” 3-cü Zirvə toplantısında Kişineu formatında görüş yenidən planlaşdırılır.

Danışıqların intensivləşməsi belə qənaətə gəlməyə imkan verir ki, tərəflər dialoqu davam etdirmək əzmindədirlər. Üstəlik, onlara yardım göstərənlər isə prosesin dalana dirənməməsi üçün əllərindən gələni etməyə çalışırlar. Doğrudur, Ermənistan bəzən bəzi məsələlərdə qeyri-konstruktiv yanaşma ilə bu prosesə mane olmağa çalışır. Amma o, yenə də sülhə alternativ olmadığından danışıqlar masası arxasına əyləşmək məcburiyyətində qalır.
Hətta yardım göstərmək istəyən bir çox tərəfin olması da mənfi amil kimi qiymətləndirilməməlidir. Vasitəçilərin hər biri, istər rəsmi Vaşinqton, istər Brüssel, istərsə də Moskva münasibətlərin normallaşması prosesinə xüsusi töhfə vermək istəyir.

Ukraynadakı müharibə fonunda Avropanın xüsusilə təhlükəsizlik məsələlərindən narahat olduğu mürəkkəb geosiyasi vəziyyət onun təkcə hüdudlarından kənarda deyil, həm də daha geniş məkanda sülh və sabitlik məsələlərini yenidən nəzərdən keçirməsinə səbəb olub. Mühüm tərəfdaşların (təbii ki, Azərbaycan da bu siyahıya daxildir) çiçəklənməsi və onların yerləşdiyi regionda sülhün əhəmiyyəti də başqa cür qəbul olunmağa başlayıb.

Buna görə də Aİ, ABŞ və Rusiya danışıqları davam etdirmək və bunun üçün yeni platformalar təqdim etmək üçün hər cür səy göstərəcək. Ümid var ki, Azərbaycan və Ermənistan liderləri arasında tez-tez görüşlər tərəfləri sülh sazişinin imzalanmasına yaxınlaşdıracaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya XİN: Gümrüdəki hərbi bazanın taleyini müzakirə etməyə hazırıq
20:20 06.10.2026
Rusiya XİN: Gümrüdəki hərbi bazanın taleyini müzakirə etməyə hazırıq
Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb
20:14 06.10.2026
Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib
20:06 06.10.2026
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib
Tramp keçirdiyi seçki mitinqlərinin Respublikaçı namizədlərə dəstəyi artırdığını bildirib
20:05 06.10.2026
Tramp keçirdiyi seçki mitinqlərinin Respublikaçı namizədlərə dəstəyi artırdığını bildirib
Azərbaycanın U-21 millisi seçmə mərhələnin son oyununda Cəbəllütariqi məğlub edib
20:00 06.10.2026
Azərbaycanın U-21 millisi seçmə mərhələnin son oyununda Cəbəllütariqi məğlub edib
Rubio: Hazırda Ukraynanın NATO üzvlüyü müzakirə mövzusu deyil
19:53 06.10.2026
Rubio: Hazırda Ukraynanın NATO üzvlüyü müzakirə mövzusu deyil
İranda dollar yenidən kəskin bahalaşdı
19:49 06.10.2026
İranda dollar yenidən kəskin bahalaşdı
Azərbaycan və RƏT rəqəmsal transformasiyanın maliyyələşdirilməsini müzakirə edib
19:42 06.10.2026
Azərbaycan və RƏT rəqəmsal transformasiyanın maliyyələşdirilməsini müzakirə edib
Nazirlər Kabineti müəllimlər üçün geyim qaydalarını və tələbləri müəyyən edib
19:36 06.10.2026
Nazirlər Kabineti müəllimlər üçün geyim qaydalarını və tələbləri müəyyən edib
CENTCOM ABŞ hərbi helikopterinin Qırmızı dənizdə vurulması xəbərini təkzib edib
19:32 06.10.2026
CENTCOM ABŞ hərbi helikopterinin Qırmızı dənizdə vurulması xəbərini təkzib edib
Azərbaycan-Latviya münasibətləri müzakirə edilib
19:29 06.10.2026
Azərbaycan-Latviya münasibətləri müzakirə edilib
Azərbaycan Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə müzakirələr aparıb
19:10 06.10.2026
Azərbaycan Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə müzakirələr aparıb
Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə edib
19:04 06.10.2026
Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə edib
Azərbaycan, Özbəkistan və Türkiyə XTQ-lərin birgə təlimi keçirilib
19:03 06.10.2026
Azərbaycan, Özbəkistan və Türkiyə XTQ-lərin birgə təlimi keçirilib
Fransada 1 800-dək liseydə etiraz aksiyaları keçirilib
18:56 06.10.2026
Fransada 1 800-dək liseydə etiraz aksiyaları keçirilib
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
18:42 06.10.2026
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır