Vəfadan Şəbnəmə cavab: "Sənin dövranın getdi"

Vəfadan Şəbnəmə cavab: "Sənin dövranın getdi"
ŞOU-BİZNES
11:21 07.03.2024
141
Son günlər alovlanan Vəfa Şərifova və Şəbnəm Tovuzlu arasında olan qalmaqal səngimək bilmir.
 
AZXEBER.COM xəbər verir ki, sənətçilər sosial media hesabları üzərindən bir-birinin ünvanına sərt ittihamlar səsləndirməyə davam edir.
 
Ötən gün Şəbnəmin "Vəfa mənim rəqibim ola bilməz. Mən zildən oxusam o pərt olub qalar" sözlərinə Vəfadan cavab gecikməyib:
 
"Daha bəsdir! Məndən sənə reklam bu qədər, dəyərli "Qoca" man sənətçimiz. İllərdir mahnın da tutmur, reklamın da yox idi (ödənişli paylaşımlardan başqa). Sayəmdə yenə reklam oldun. Videoları montaj eletdirəndə utanmadın, amma zil oxuyaraq məni pərt edəcəyini düşündün? Bu hansı sifətindi? Amma təklifim hələ də qüvvədədir. Gəl duelə və artıq sənin dövranının getdiyini qəbullan!"
 
Aysel
 

 



OXŞAR XƏBƏRLƏR