Vəkil Orxan Kəngərli həbs edildi

Vəkil Orxan Kəngərli həbs edildi
SOSİAL
20:20 19.11.2026
54
Ötən gün polis tərəfindən saxlanılan vəkil Orxan Kəngərliyə məhkəmədə sanksiya təqdimatına baxılıb.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, "Alyans" Vəkil Bürosunun rəhbəri Orxan Kəngərli sanksiya həbsi ilə baglı hakim qarşısına çıxarılıb.

Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə vəkillə bağlı qərar qəbul edilib. Qərara əsasən, Orxan Kəngərli barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, dünən axşam ""Alyans Vəkil Bürosunun rəhbəri Orxan Kəngərli polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR