AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges məlumat verib.
Məlumata görə, ölkədə ard-arda baş verən zəlzələlər bir sıra binaların dağılmasına, infrastrukturun zədələnməsinə və genişmiqyaslı dağıntılara səbəb olub. Hazırda dağıntılar altında qalanların axtarışı və xilasetmə işləri davam etdirilir.
Venesuela hakimiyyəti ölkədə fövqəladə vəziyyət elan edib.










































