Vətən müharibəsində Naxçıvandakı silahların bir hissəsi cəbhəyə göndərilib

Vətən müharibəsində Naxçıvandakı silahların bir hissəsi cəbhəyə göndərilib
SİYASƏT
18:44 10.05.2021
555
"Günnüt əməliyyatı, biz də dediyim kimi, bunun üstünü vurmaq istəmədik. Amma ondan sonra Ermənistanın artıq devrilmiş hakimiyyətinin jurnalist nümayəndələri gedib bizim yeni postlarımızı çəkib, bunu internetdə qoyubdur, paylaşıbdır və ondan sonra Ermənistanda hay-küy qalxdı. Onda mən dedim ki, daha biz də niyə gizlətməliyik? Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədrinə tapşırıq verdim ki, siz də məlumat verin, çəkiliş qrupu göndərin və çəkiliş qrupu getdi, həmin o yüksəklikləri gördü”.

AZXEBER.COM-un məlumatına görə, bunu Prezident İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, Günnüt əməliyyatı Naxçıvan Ordusunun və Azərbaycan Ordusunun potensialını göstərdi:

"İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri - həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər. Bilirsiniz ki, Naxçıvandan Bakıya xüsusi qruplar gətirilmişdi. Eyni zamanda, mən onu da bildirməliyəm, yəni, artıq bildirə bilərəm ki, Naxçıvan Ordusunda olan silahların, sursatların bir hissəsi də Bakıya gətirilmişdir və cəbhə bölgəsinə göndərilmişdir.

İndi biz həmin o silah-sursatların ehtiyatlarını təmin edirik, ancaq bu da olub. Ona görə Naxçıvan Muxtar Respublikasının həm respublikanın hüdudlarının müdafiə edilməsində, ümumiyyətlə, ölkəmizin ordu potensialının güclənməsində çox böyük rolu var və hər zaman Naxçıvan lazımi dərəcədə müdafiə olunacaqdır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp Nobel sülh mükafatını almadığına görə narazıdır
17:28 10.10.2026
Tramp Nobel sülh mükafatını almadığına görə narazıdır
AI gənc riyaziyyatçıların karyera imkanlarını məhdudlaşdırır
17:12 10.10.2026
AI gənc riyaziyyatçıların karyera imkanlarını məhdudlaşdırır
Fələstində prezident seçkilərinin yeni vaxtı müəyyənləşdi
16:59 10.10.2026
Fələstində prezident seçkilərinin yeni vaxtı müəyyənləşdi
Jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib - FOTO
16:48 10.10.2026
Jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib - FOTO
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
16:36 10.10.2026
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
“Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub”
16:26 10.10.2026
“Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub”
İlham Əliyev və Ramzan Kıdırov “Bakı Ağ Şəhər”də olublar
16:08 10.10.2026
İlham Əliyev və Ramzan Kıdırov “Bakı Ağ Şəhər”də olublar
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib
15:58 10.10.2026
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib
15:51 10.10.2026
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib
Ermənistanda hərbçi odlu silah yarasından ölüb
15:48 10.10.2026
Ermənistanda hərbçi odlu silah yarasından ölüb
“Velizar”ı tənqid etdiyinə görə tanınmış jurnalistin səhifəsi bağlandı - DİN-ə müraciət edildi
15:43 10.10.2026
“Velizar”ı tənqid etdiyinə görə tanınmış jurnalistin səhifəsi bağlandı - DİN-ə müraciət edildi
Azərbaycanda LGBT-nin fəaliyyətini qadağan edən qanun qəbul olunur
15:34 10.10.2026
Azərbaycanda LGBT-nin fəaliyyətini qadağan edən qanun qəbul olunur
Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir
15:23 10.10.2026
Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir
NATO-dan Kalininqrad açıqlaması: Blokada ssenarisi mövcud deyil
15:20 10.10.2026
NATO-dan Kalininqrad açıqlaması: Blokada ssenarisi mövcud deyil
“Siz diz çökəcəksiniz” - İrandan ABŞ-yə cavab
15:13 10.10.2026
“Siz diz çökəcəksiniz” - İrandan ABŞ-yə cavab
Türkiyədə siqaret almaq üçün şəxsiyyət vəsiqəsi tələb ediləcək
15:07 10.10.2026
Türkiyədə siqaret almaq üçün şəxsiyyət vəsiqəsi tələb ediləcək