“Vətəndaş şəhərin mərkəzinə gəlməsin” demək düzgün deyil — Vüsal Aslanovun açıqlaması müzakirə yaratdı

“Vətəndaş şəhərin mərkəzinə gəlməsin” demək düzgün deyil — Vüsal Aslanovun açıqlaması müzakirə yaratdı
SOSİAL
13:49 15.05.2026
1151
Bakı Metropoliteni QSC-nin sədri Vüsal Aslanovun ATV telekanalına müsahibəsində səsləndirdiyi fikirlər ictimaiyyət və sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Qurum rəhbəri bildirib ki, hazırkı mərhələdə paytaxt ətrafındakı qəsəbələrin metro vasitəsilə birbaşa şəhər mərkəzinə bağlanması məqsədəuyğun deyil. Onun sözlərinə görə, ilk növbədə şəhər mərkəzində metro şəbəkəsinin şaxələndirilməsi daha vacibdir.

Bu mövqe bir sıra istifadəçilər və mütəxəssislər tərəfindən tənqid olunub. Tənqidlər əsasən metro genişlənməsinin ləngiməsi və ətraf qəsəbələrdə yaşayan sakinlərin nəqliyyat əlçatanlığının arxa plana keçməsi ilə bağlıdır.

Nəqliyyat eksperti Raqif Raufoğlu AZXEBER.COM-a açıqlamasında bildirib ki, hər yeni açılan platforma mərkəzi stansiyalara doğru sərnişin sıxlığını artırır:

"Görünən odur ki, burada Vüsal Aslanov fikrini tam ifadə edə bilməyib. Bir məntiq doğrudur ki, hər yeni açılan platforma mərkəzi stansiyalara doğru sıxlığı artırır. Məsələn, bu gün ‘Həzi Aslanov’ stansiyasından başlayırıqsa, sabah metro Günəşliyə açılsa, ‘Həzi Aslanov’a qədər qatar dolu olacaq. Əgər sərnişinlərin böyük hissəsinin məqsədi oradan ‘28 May’ stansiyasına gəlməkdirsə, mövcud infrastruktur bu yükü daşımaqda çətinlik çəkəcək”.


Ekspert hesab edir ki, əsas problem yeni stansiyaların yalnız bir xətt üzrə planlaşdırılmasıdır:

"Problem ondadır ki, metro stansiyaları əsasən bir xətt üzrə açılır. Halbuki keçid stansiyaları düzgün təşkil olunsa, bu daha məqsədəuyğun olar. Məsələn, Yeni Yasamala getmək istəyən vətəndaş da haradansa xəttə qoşularaq bu sistemdən faydalana bilər. Hazırda bizə daha çox üfüqi xəttlər deyil, perpendikulyar keçid stansiyaları lazımdır”.
 
Nəqliyyat eksperti Elməddin Muradlı AZXEBER.COM-a deyib ki, indiyə qədər nəqliyyat siyasətimiz çoxlu səhvlər üzərində qurulub:

"Hər bir insanın şəhərin istənilən yeri ilə ictimai nəqliyyat vasitəsilə əlaqəsi olmalıdır. Dövlətin şəhərətrafında yaşayan sakinlərin mərkəzə gəlmək imkanlarını məhdudlaşdırmaq kimi bir niyyəti ola bilməz. Hər bir vətəndaşın normal ictimai nəqliyyata tələbatı var və dövlətin borcu onu təmin etməkdir. Nəqliyyatla bağlı alternativ variantlar olmalıdır. İndiyə qədər nəqliyyat siyasətimiz çoxlu səhvlər üzərində qurulub. Hazırda bu problemlərin həlli istiqamətində bəzi addımlar atılır, dövlət proqramları qəbul olunur. Dövlət in əvvəl nəqliyyat siyasətini bərbad vəziyyətə salıb, indi isə "vətəndaş şəhərin mərkəzinə gəlməsin” demək düzgün deyil”.


Mövzu ətrafında müzakirələr davam edir və ictimaiyyət metro şəbəkəsinin gələcək inkişaf konsepsiyası ilə bağlı daha aydın izahların verilməsini gözləyir.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kiyevə hücumda azərbaycanlı həlak oldu
18:00 30.09.2026
Kiyevə hücumda azərbaycanlı həlak oldu
20 min manatı keçəndən sonra nə olacaq? – Azərbaycanda sabahdan pul köçürmələri ilə bağlı YENİ QAYDA
17:56 30.09.2026
20 min manatı keçəndən sonra nə olacaq? – Azərbaycanda sabahdan pul köçürmələri ilə bağlı YENİ QAYDA
Slovakiyanın özüyeriyən minaatanı ADEX-2026-da nümayiş olunub - FOTO
17:51 30.09.2026
Slovakiyanın özüyeriyən minaatanı ADEX-2026-da nümayiş olunub - FOTO
Bu ərazilərdə qaz olmayacaq
17:48 30.09.2026
Bu ərazilərdə qaz olmayacaq
Türkiyə Azərbaycan üçün 14 ədəd "HÜRKUŞ-2" təyyarəsi istehsal edəcək
17:44 30.09.2026
Türkiyə Azərbaycan üçün 14 ədəd "HÜRKUŞ-2" təyyarəsi istehsal edəcək
Azərbaycan və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı Bakıda sərgidə nümayiş olunur
17:42 30.09.2026
Azərbaycan və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı Bakıda sərgidə nümayiş olunur
İndoneziyada bərə qəzasında ölənlərin sayı 78 nəfərə çatıb
17:37 30.09.2026
İndoneziyada bərə qəzasında ölənlərin sayı 78 nəfərə çatıb
Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edilib
17:32 30.09.2026
Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edilib
CENTCOM: ABŞ İraqdan qoşunlarını çıxarıb, İŞİD-ə qarşı 12 illik əməliyyat başa çatıb
17:27 30.09.2026
CENTCOM: ABŞ İraqdan qoşunlarını çıxarıb, İŞİD-ə qarşı 12 illik əməliyyat başa çatıb
Limit 20 mindən 50 minə qaldırıldı - Bu tarixdən
17:16 30.09.2026
Limit 20 mindən 50 minə qaldırıldı - Bu tarixdən
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub - FOTOLAR
17:08 30.09.2026
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub - FOTOLAR
Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını ilk dəfə nümayiş etdirilib
16:59 30.09.2026
Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını ilk dəfə nümayiş etdirilib
Pensiyalarla bağlı yeni qərar - Artım belə hesablanacaq
16:55 30.09.2026
Pensiyalarla bağlı yeni qərar - Artım belə hesablanacaq
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
16:44 30.09.2026
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Hərbçilərin əməkhaqları artırılır
16:34 30.09.2026
Hərbçilərin əməkhaqları artırılır
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
16:14 30.09.2026
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit