“Veysəloğlu” və “Zəfər” İctimai Birliyi 100-dən çox şəhid anaları üçün iftar məclisi təşkil etdi - FOTOLAR

“Veysəloğlu” və “Zəfər” İctimai Birliyi 100-dən çox şəhid anaları üçün iftar məclisi təşkil etdi - FOTOLAR
SOSİAL
16:30 12.03.2025
185
"Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və Veysəloğlu Şirkətlər Qrupunun (VŞQ) birgə təşkilatçılığı ilə müqəddəs Ramazan ayında bir qrup şəhid ailələri üçün iftar məclisi təşkil edilib. Azərbaycanın suverenliyi uğrunda canından keçmiş 100-dən çox şəhidin xanımları və anaları iftar məclisində iştirak edib. Dəvətlilər sırasında VŞQ-nin Bakıdan və regionlardan olan şəhid əməkdaşlarının ailə üzvləri də olub.

Məclis şəhidlərin əziz xatirəsinin yad edilməsi, dövlət himnin səslənməsi və şəhidlərin ruhuna duaların oxunması ilə başlayıb. Tədbirdə Milli Məclisin deputatları: Fatma Yıldırım, Mehriban Vəliyeva, Nigar Məmmədova, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Oba” marketlər şəbəkəsinin rəhbəri Natəvan İbrahimova, VŞQ-nin maliyyə direktoru Könül Kərimova iştirak edərək şəhid ailələrinə dərin ehtiramlarını bildiriblər.

Çıxışlar zamanı "Zəfər” İB-nin sədri Sevinc Orucova, Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi Aydın Talıbovun həyat yoldaşı Afət Talıbova və Şirkətlər Qrupunun Korporativ Kommunikasiya direktoru Sənubər Nəzərova Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizlə qürur duyduqlarını, dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğını, eləcə də VŞQ-nin şəhid ailələrinin məşğulluğuna verdiyi dəstəyi xüsusi vurğulayıblar. Tədbirdə eyni zamanda bir neçə şəhid anası da çıxış edərək, göstərilən diqqət və ehtirama görə təşkilatçılara dərin minnətdarlıqlarını ifadə ediblər. Şəhidlərin xatirəsinə həsr edilən tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupunun 13 əməkdaşı şəhidlik zirvəsinə ucalıb, onların əməkhaqlarının ailə üzvlərinə ödənilməsi təmin olunur. Hazırda VŞQ-də 639 qazi əməkdaş çalışır, sosial məsuliyyət layihələri çərçivəsində qazilərə psixoloji dəstəyin göstərilməsi və müvafiq təlimlərdə fəal iştirakı təmin edilir, onların bilik və bacarıqlarının artırılması üçün davamlı təlimlər təşkil olunur. Bu tədbir həm müqəddəs Ramazan ayı, həm də 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil olunaraq, şəhid ailələrinə dərin ehtiramın və minnətdarlığın bir ifadəsi olub. Veysəloğlu Şirkətlər Qrupu olaraq, şəhidlərimizin əziz xatirəsini daim yaşatmaq və ailələrinə dəstək olmaq bizim üçün şərəfdir.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
BMT Ukraynada atəşkəsi alqışlayacaq
00:30 13.03.2025
BMT Ukraynada atəşkəsi alqışlayacaq
Azərbaycan millisi Xorvatiyada güllə atıcılığı üzrə Avropa Çempionatında bürünc medal qazanıb
00:11 13.03.2025
Azərbaycan millisi Xorvatiyada güllə atıcılığı üzrə Avropa Çempionatında bürünc medal qazanıb
Polşanın Baş naziri Avropanın təhlükəsizliyi ilə bağlı Ərdoğandan kömək istəyib
23:57 12.03.2025
Polşanın Baş naziri Avropanın təhlükəsizliyi ilə bağlı Ərdoğandan kömək istəyib
Goranboyda yanacaqdoldurma məntəqəsində yanğın olub
23:51 12.03.2025
Goranboyda yanacaqdoldurma məntəqəsində yanğın olub
On bir yaşlı azərbaycanlı ABŞ-də olimpiadaya vəsiqə qazanıb-FOTOLAR
23:32 12.03.2025
On bir yaşlı azərbaycanlı ABŞ-də olimpiadaya vəsiqə qazanıb-FOTOLAR
Putin Ukrayna ordusunun hücumundan sonra ilk dəfə Kursk vilayətinə səfər edib
23:21 12.03.2025
Putin Ukrayna ordusunun hücumundan sonra ilk dəfə Kursk vilayətinə səfər edib
Trampın xüsusi nümayəndəsi bu həftə Moskvaya səfər edəcək
23:11 12.03.2025
Trampın xüsusi nümayəndəsi bu həftə Moskvaya səfər edəcək
Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi qızıl medal qazanıb
23:00 12.03.2025
Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi qızıl medal qazanıb
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında finala yüksəlib
22:56 12.03.2025
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında finala yüksəlib
Tramp əvvəllər sülh istəməyən Zelenskinin indi sülhə razı olduğunu deyib
22:41 12.03.2025
Tramp əvvəllər sülh istəməyən Zelenskinin indi sülhə razı olduğunu deyib
Komitə sədri: Azərbaycan yerləşdiyi region ölkələri sırasında bütün parametrlər üzrə önə çıxmağı bacardı
22:33 12.03.2025
Komitə sədri: Azərbaycan yerləşdiyi region ölkələri sırasında bütün parametrlər üzrə önə çıxmağı bacardı
Azərbaycan universitetləri dünyanın ən yaxşılarının reytinqində
22:23 12.03.2025
Azərbaycan universitetləri dünyanın ən yaxşılarının reytinqində
Azərbaycan XİN Pakistanda sərnişin qatarındakı terror aktı ilə bağlı bəyanat yayıb
22:20 12.03.2025
Azərbaycan XİN Pakistanda sərnişin qatarındakı terror aktı ilə bağlı bəyanat yayıb
Tramp: Ukrayna ilə bağlı danışıqlarda ərazilər mövzusu müzakirə olunur
22:13 12.03.2025
Tramp: Ukrayna ilə bağlı danışıqlarda ərazilər mövzusu müzakirə olunur
Kürdəmirdə qatarın qarşısına qəfil insan çıxması faciə ilə nəticələniib
21:51 12.03.2025
Kürdəmirdə qatarın qarşısına qəfil insan çıxması faciə ilə nəticələniib
Beynəlxalq Cinayət Məhkəməsi Filippinin sabiq prezidentini həbs edib
21:42 12.03.2025
Beynəlxalq Cinayət Məhkəməsi Filippinin sabiq prezidentini həbs edib