"VICE News"un Ermənistanın Bərdəyə raket zərbəsi barədə reportajı beynəlxalq mükafata namizəd irəli sürülüb

"VICE News"un Ermənistanın Bərdəyə raket zərbəsi barədə reportajı beynəlxalq mükafata namizəd irəli sürülüb
SİYASƏT
16:30 17.04.2021
530
"VICE News" informasiya agentliyinin jurnalisti Hind Həsənin Ermənistan qoşunlarının Bərdə şəhərinə raket zərbəsindən sonra hazırladığı reportaj "The One World Media" beynəlxaq mükafatına namizəd irəli sürülüb.

AZXEBER.COM bu barədə mükafatın rəsmi saytına istinadən məlumat verir.

Məlumata əsasən, "VICE News"un ikinci Qarabağ müharibəsində döyüş bölgəsindən kənarda yerləşən Bərdə şəhərinə edilən raket hücumunun fəsadlarını əks etdirən reportajı "News Award" kateqoriyasında mübarizə aparacaq.

Xatırladaq ki, ötən il müharibə zamanı Ermənistan qoşunları Bərdəyə raket zərbələri endirmişdi. Nəticədə 20-dən çox şəxs həlak olmuş, 70 nəfər yaralanmışdı.
OXŞAR XƏBƏRLƏR