“Övladınız universitetətə qəbul olmadısa, bunu edin” - Psixoloq valideynlərə səsləndi

“Övladınız universitetətə qəbul olmadısa, bunu edin” - Psixoloq valideynlərə səsləndi
SOSİAL
15:39 24.08.2026
255
Bu günlərdə ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrinin açıqlanacağı gözlənilir.

Qəbul nəticələri bəzi abituriyentlər üçün sevinc, bəziləri üçün isə məyusluqla qarşılanır. 

Xüsusilə ali məktəbə qəbul ola bilməyən gənclər ailə üzvləri, qohumlar və yaxın çevrənin təzyiqi ilə üzləşə, uğursuzluğa görə özlərini günahkar hiss edə bilərlər.

Belə vəziyyətlərdə valideynlərin övladlarına münasibəti xüsusilə önəm daşıyır. Bəs qəbul ola bilməyən abituriyentlərə psixoloji dəstək göstərmək üçün valideynlər necə davranmalıdır?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan psixoloq Aynur İsgəndərova bildirib ki, qəbul imtahanının nəticəsi abituriyentin bacarıqsız və ya savadsız olması anlamına gəlmir:

"Ümid edirəm ki, tələbələrin nəticələri istədikləri kimi çox olar, amma təbii ki, bu mümkün deyil. Bəzi abituriyentlər iki, üç, hətta üç il yarım hazırlıqlara gedir, gərginlik və həyəcan içində hazırlaşaraq imtahan verirlər. Bütün bu əməklərə baxmayaraq, bəzi abituriyentlər istədikləri nəticəni əldə edə bilmir, ixtisas seçimində çətinlik yaşayır və ya arzuladıqları ixtisasa qəbul ola bilmirlər. Bu, abituriyent və valideynlər üçün sanki çox böyük və geri dönməz problem kimi dəyərləndirilir. Təbii ki, bu, yanlış fikirdir. Bu o demək deyil ki, həmin abituriyent bacarıqsızdır, biliksizdir, savadsızdır və yaxud tənbəldir. Sadəcə, imtahan abituriyent üçün müəyyən mənada bir sınaq və sonrakı həyat yolunda bir addımdır”.

Psixoloq vurğulayıb ki, valideynlər övladlarının göstərdiyi səyi nəzərə almalı və nəticəni uğursuzluq kimi qiymətləndirməməlidirlər:

"Valideynlər özləri də düşünməlidirlər ki, övladları bu yolda heç nə itirməyib. Əksinə, təcrübə və praktik biliklər qazanıblar. Bu baxımdan yaxşı nəticə göstərməyən abituriyentin valideynləri "Bu il, iki il, üç il əziyyət çəkdim, bu qədər pul ödədim, nəticəsiz oldumu?”, "Gərək daha yaxşı oxuyardın”, "Vaxtını daha çox buna sərf edərdin” kimi sözlər deməməlidirlər”.

A.İsgəndərovanın sözlərinə görə, imtahan nəticəsindən məyus olan abituriyent onsuz da emosional gərginlik yaşayır və valideynlərin mənfi reaksiyası vəziyyəti daha da ağırlaşdıra bilər:

"Hansısa nəticəsi yaxşı çıxmayan abituriyent emosional baxımdan çox gərgin və stresli olur, ciddi məğlubiyyət hissi yaşayır. Bunun qarşılığında valideynlərin belə reaksiya verməsi həmin hissləri, emosiyaları və düşüncələri daha da dərinləşdirir. Hətta bəzən abituriyentin psixikasına təsir etməsinə, depressiyaya düşməsinə və daha ciddi psixoloji problemlər yaşamasına səbəb ola bilər. Bu baxımdan valideynlərə tövsiyəm odur ki, nəticənin necə olmasından asılı olmayaraq, övladlarının yanında olduqlarını həm sözləri, həm də davranışları ilə hiss etdirməlidirlər. "Eybi yoxdur, gəl, bir də hazırlaşarsan, daha yaxşı oxuyub istədiyin ixtisasa sahib ola bilərsən” və ya "Bütün hallarda sən mənim övladımsan və səni çox sevirəm” kimi sözlər demək olar. Bu imkan sənin üçün bir sınaq və təcrübə idi, həyatın sonu deyil. Yenidən cəhd etmək imkanımız var və yaxud başqa seçimlər mövcuddur”.

Psixoloq əlavə edib ki, valideynlər övladlarının seçimlərinə hörmət etməli, onları yalnız öz istədikləri ixtisasa yönəltməməlidirlər:

"Valideynlər də bu baxımdan bunun bir valideynlik imtahanı olduğunu düşünməlidirlər. Xüsusilə ilk dəfə imtahan verən övladının abituriyent kimi ilk imtahanı valideynlərin də imtahanıdır. Bəzən valideynlər övladlarının ixtisas seçimində dəstək vermirlər və məhz öz istədikləri ixtisasa sahib olmasını istəyirlər. Abituriyent həmin sahəyə ciddi yanaşmır, həvəsi olmur, sadəcə valideyn istəyir deyə hazırlıqlara gedir və imtahan verir. Nəticələr aşağı olduqda isə valideyn üçün bu, bir siqnaldır ki, deməli, bu sahə övladım üçün deyil və onu başqa sahəyə yönəltməliyəm. Nəticələr aşağı olduqda övlad da, valideyn də bir daha düşünməlidir ki, əgər mən bu sahədə, bu ixtisasda istədiyim nəticəni əldə edə bilməmişəmsə, başqa sahəyə də yönələ bilərəm”.

Psixoloq sonda bildirib ki, ali məktəbə qəbul ola bilməmək həyatın sonu deyil və insan gələcəyini müxtəlif yollarla qura bilər:

"Bu, son deyil. Düzdür, gələcək üçün vacib addımdır, amma mütləq olan bir addım deyil. Hər kəs gələcəyini fərqli yollarla, fərqli addımlarla qura bilər”.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Qalatasaray" Ermedin Demiroviç üçün "Ştutqart"a təklif göndərib
18:41 24.08.2026
"Qalatasaray" Ermedin Demiroviç üçün "Ştutqart"a təklif göndərib
“Survivor” dördüncüsü ailə qurdu
18:27 24.08.2026
“Survivor” dördüncüsü ailə qurdu
"Barselona"nın futbolçusu Qavi sağ dizindən zədələnib
18:09 24.08.2026
"Barselona"nın futbolçusu Qavi sağ dizindən zədələnib
Hakan Çalhanoğlu ilə bağlı yeni iddia: Türkiyəyə qayıda bilər
18:02 24.08.2026
Hakan Çalhanoğlu ilə bağlı yeni iddia: Türkiyəyə qayıda bilər
“Süni İntellekt və Sintetik Zəka”: YYSİB-nin yeni kreativ-innovativ layihəsi başladı
17:58 24.08.2026
“Süni İntellekt və Sintetik Zəka”: YYSİB-nin yeni kreativ-innovativ layihəsi başladı
Xaçmazda kişi qızının sevgilisini küçədə döydü
17:48 24.08.2026
Xaçmazda kişi qızının sevgilisini küçədə döydü
Hikmət Hacıyev Ukraynanın III dərəcəli “Ləyaqət Ordeni” ilə təltif edilib
17:43 24.08.2026
Hikmət Hacıyev Ukraynanın III dərəcəli “Ləyaqət Ordeni” ilə təltif edilib
Donald Tramp: “İran tamamilə çökür”
17:38 24.08.2026
Donald Tramp: “İran tamamilə çökür”
Leyla Əliyeva Buxara şəhərindən paylaşım edib - FOTO
17:30 24.08.2026
Leyla Əliyeva Buxara şəhərindən paylaşım edib - FOTO
İtaliyalı jurnalist Azərbaycan - Özbəkistan əlaqələrindən yazdı
17:24 24.08.2026
İtaliyalı jurnalist Azərbaycan - Özbəkistan əlaqələrindən yazdı
Süni intellekt insanın yazı üslubunu dəyişir? - AI ilə yazılan mətnlərin dilə təsiri
17:19 24.08.2026
Süni intellekt insanın yazı üslubunu dəyişir? - AI ilə yazılan mətnlərin dilə təsiri
“Bizim vaxtımızda belə deyildi” - Ailələrdə nəsillərarası fikir ayrılığı niyə artır?
17:16 24.08.2026
“Bizim vaxtımızda belə deyildi” - Ailələrdə nəsillərarası fikir ayrılığı niyə artır?
Xarici pasport alan azərbaycanlılar hərbi xidmətə çağırıla bilər
17:15 24.08.2026
Xarici pasport alan azərbaycanlılar hərbi xidmətə çağırıla bilər
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxaradakı "Poyi-Kalon" kompleksi ilə tanış olublar
17:09 24.08.2026
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxaradakı "Poyi-Kalon" kompleksi ilə tanış olublar
Bakının bu küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
17:03 24.08.2026
Bakının bu küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
“Azərbaycan - Özbəkistan münasibətləri ən yüksək səviyyəyə çatıb” - Deputat
16:53 24.08.2026
“Azərbaycan - Özbəkistan münasibətləri ən yüksək səviyyəyə çatıb” - Deputat