VPN istifadəçiləri hansı təhlükələrlə üzləşə bilər?- Ekspertdən xəbərdarlıq

VPN istifadəçiləri hansı təhlükələrlə üzləşə bilər?- Ekspertdən xəbərdarlıq
SOSİAL
13:41 13.10.2026
409
Son günlər bir çox istifadəçi Instagram və TikTok-dan istifadə edərkən problemlərlə qarşılaşır. Bəzi paylaşımlar açılmır, videolar gec yüklənir və sosial şəbəkələrə daxil olmaq çətinləşir. Buna görə də istifadəçilərin bir qismi bu platformalardan yararlanmaq üçün VPN-dən istifadə edir.

Bəs ondan istifadə etmək nə dərəcədə təhlükəsizdir?

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyinin eksperti, Xəzər Universitetinin İT departament rəhbəri Fərid Musayev AZXEBER.COM-a açıqlamasında deyib ki, VPN istifadə edərkən hansı məlumatların təhlükəyə düşəcəyi, istifadə etdiyiniz VPN-in növündən asılıdır:

"VPN istifadə edərkən hansı məlumatların təhlükəyə düşəcəyi, istifadə etdiyiniz VPN-in növündən (pulsuz və ya ödənişli) və sizin internet trafikinizin necə idarə olunmasından asılıdır. VPN (Virtual Private Network) əslində sizin internet bağlantınızı şifrələyir və IP ünvanınızı gizlədir, lakin bu, bütün risklərin aradan qalxdığı mənasına gəlmir. Əsasən aşağıdakı məlumatlar risk altında ola bilər: Əgər siz etibarsız və ya "pulsuz" bir VPN istifadə edirsinizsə, onlar sizin bütün internet trafikinizi görə bilərlər. Bu zaman aşağıdakılar oğurlana bilər: Brauzer tarixçəsi və ziyarət etdiyiniz saytlar: Hansı saytlara daxil olduğunuz, hansı məhsulları axtardığınız və nə qədər vaxt keçirdiyiniz. İnternet üzərindən göndərilən məlumatlar: Əgər daxil olduğunuz sayt şifrələnməyibsə (yəni saytın ünvanı https:// ilə başlayırsa, https:// yox), VPN provayderi sizin şifrələrinizi, mesajlarınızı və şəxsi məlumatlarınızı oxuya bilər. Cihaz məlumatları: Cihazınızın növü, əməliyyat sistemi və IP ünvanı. VPN bütün tuneli şifrələyir, lakin saytın özü şifrələmə (HTTPS) istifadə etmirsə, məlumatlar VPN tunelindən çıxdığı anda açıq olur. Bu halda:

Login və şifrələr problemi, sayta daxil olarkən yazdığınız istifadəçi adları və şifrələr”.

O qeyd edib ki, bank və kart məlumatları da oğurlana bilər:

"Bank və kart məlumatları önəmliyi. Saytın təhlükəsizlik protokolu zəifdirsə, bu məlumatlar risk altındadır.
DNS sızmaları faktoru, bəzən VPN qoşalı olsa belə, cihazınız sorğuları (məsələn, "google.com" saytını açmaq istəyi) VPN serveri vasitəsilə deyil, birbaşa internet provayderiniz (ISP) vasitəsilə göndərir. Bu zaman:
Sizin maraq dairəniz, hansı saytları axtardığınız məlumatı internet provayderiniz və ya kənar şəxslər görə bilər.
Şəxsi profil və meta-məlumatlarına fikir versək, bir çox pulsuz VPN servisləri "məlumatlarla ödəniş" prinsipi ilə işləyir. Yəni, onlar sizin məlumatlarınızı toplayıb reklam şirkətlərinə satır: Lokasiya məlumatları: Haradan qoşulduğunuz. Vərdişlər: Onlayn alış-veriş vərdişləriniz, siyasi və ya dini maraqlarınız (sayt ziyarətlərinizə əsasən) oğurlana bilər”. 

F.Musayev deyib ki, seçim edərkən etibar edilən provayderlərə önəm vermək lazımdır:

"”No-Logs" (Qeyd saxlamayan) siyasəti olan VPN-lər seçin: Bu, provayderin sizin heç bir fəaliyyətinizi yadda saxlamayacağına dair auditi keçmiş bir vədidir. Pulsuz VPN-lərdən qaçın: "Əgər məhsul pulsuzdursa, məhsul sizsiniz" prinsipi burada tam işləyir.
HTTPS-ə diqqət edin:Həmişə ünvan çubuğunda kilid işarəsinin olduğundan əmin olun. DNS sızmasını yoxlayın: VPN qoşulduqdan sonra dnsleaktest.com kimi saytlarla sızma olub-olmadığını yoxlayın. Xülasə, VPN sizin internet provayderinizdən (ISP) məlumatları gizlədir, lakin VPN-in özü yeni bir "məlumat toplayıcısı" ola bilər. Seçim edərkən etibar edilən provayderlərə önəm vermək lazımdır”. 

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTOLAR
15:11 13.10.2026
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTOLAR
Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib - FOTOLAR
15:08 13.10.2026
Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib - FOTOLAR
TikTok-da yeni funksiya
15:05 13.10.2026
TikTok-da yeni funksiya
Könül Nurullayeva: Azərbaycan və Kamboca müxtəlif sahələrdə təcrübə mübadiləsini genişləndirir
15:04 13.10.2026
Könül Nurullayeva: Azərbaycan və Kamboca müxtəlif sahələrdə təcrübə mübadiləsini genişləndirir
Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur
14:09 13.10.2026
Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur
Yaqub İsgəndərov: "Palatanın yaradılması məhkəmə ekspertizasında yeni mərhələdir"
14:07 13.10.2026
Yaqub İsgəndərov: "Palatanın yaradılması məhkəmə ekspertizasında yeni mərhələdir"
YAP-dan Ərdoğanın baş müşavirinin və AKP-li millət vəkillərinin açıqlamalarına ETİRAZ
14:05 13.10.2026
YAP-dan Ərdoğanın baş müşavirinin və AKP-li millət vəkillərinin açıqlamalarına ETİRAZ
Laos Prezidenti Zəfər parkını ziyarət edib
13:58 13.10.2026
Laos Prezidenti Zəfər parkını ziyarət edib
İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTOLAR
13:57 13.10.2026
İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTOLAR
VPN istifadəçiləri hansı təhlükələrlə üzləşə bilər?- Ekspertdən xəbərdarlıq
13:41 13.10.2026
VPN istifadəçiləri hansı təhlükələrlə üzləşə bilər?- Ekspertdən xəbərdarlıq
Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinənlər saxlanıldı - FOTO
13:30 13.10.2026
Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinənlər saxlanıldı - FOTO
"Qız uşağına necə geyinməyi deyil, necə düşünməyi öyrətmək lazımdır"
13:25 13.10.2026
"Qız uşağına necə geyinməyi deyil, necə düşünməyi öyrətmək lazımdır"
Səbaildə problem aradan qaldırıldı: Su təchizatı bərpa edildi
13:23 13.10.2026
Səbaildə problem aradan qaldırıldı: Su təchizatı bərpa edildi
Deputat: Hər kəsin məktəbli forması ilə bağlı qərara əməl etməsi şərtdir
13:22 13.10.2026
Deputat: Hər kəsin məktəbli forması ilə bağlı qərara əməl etməsi şərtdir
"Uşaqların məktəb çantaları və məktəb ayaqqabıları da eyni olsun" - Elza Seyidcahan
13:09 13.10.2026
"Uşaqların məktəb çantaları və məktəb ayaqqabıları da eyni olsun" - Elza Seyidcahan
Bu şəxslərin iş rejimi dəyişir
12:58 13.10.2026
Bu şəxslərin iş rejimi dəyişir