Vüqar Novruzov 655 bal toplayan şəhid övladı ilə görüşdü - FOTOLAR

Vüqar Novruzov 655 bal toplayan şəhid övladı ilə görüşdü - FOTOLAR
SOSİAL
16:44 03.07.2026
239
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi şəhidi Ceyhun Niftəliyevin qızı Ayan Niftəliyevanı qəbul edib.

AZXEBER.COM xəbər verir ki, Ayan Niftəliyeva 2025/2026-cı tədris ilində Göygöl rayon Texniki Təbiət Fənləri Təmayüllü Liseyini bitirib. O, buraxılış imtahanında 290, qəbul imtahanında isə IV ixtisas qrupu üzrə 365,9 bal toplayaraq ümumilikdə 655,9 bal nəticə göstərib və rayon üzrə ən yüksək nəticəyə imza atıb.

Qeyd edək ki, Ayan Niftəliyeva 2023-cü ildə keçirilən STEAM Azərbaycan Festivalında I yerə layiq görülərək qızıl medalla təltif olunub. Məktəb illərində müxtəlif fənn və layihə müsabiqələrində uğurla iştirak edərək yüksək nəticələr əldə edib.

Görüş zamanı icra başçısı Ayan Niftəliyevanı qazandığı uğur münasibətilə təbrik edib, onun nailiyyətlərinin rayon üçün qürurverici olduğunu bildirib. Vurğulanıb ki, şəhid övladlarının təhsil sahəsində qazandıqları uğurlar dövlətin şəhid ailələrinə göstərdiyi diqqət və qayğının, eyni zamanda onların əzmkarlığının bariz nümunəsidir.

Ayan Niftəliyeva göstərilən diqqətə görə təşəkkürünü bildirərək, gələcəkdə də təhsilini uğurla davam etdirib Vətənə layiqli mütəxəssis kimi xidmət edəcəyini qeyd edib.

Sonda ona təşəkkürnamə və hədiyyə təqdim olunub.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR