Vüqar Rəhimzadə: Paşinyan münaqişənin həllinə mane olur

Vüqar Rəhimzadə: Paşinyan münaqişənin həllinə mane olur
SİYASƏT
15:27 14.09.2020
700
"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə nail olunmamasının ən böyük səbəblərindən biri və birincisi məhz Ermənistan dövlətidir. Ermənistan hər dəfə qeyri-konstruktiv mövqe tutub, müxtəlif hiylələrlə, təxribatlarla münaqişənin status-kvonun qorunub saxlanmasına çalışıb. Yəqin hər kəs xatırlayır ki, Rambuye görüşlərində danışıqlar zamanı çıxılmaz vəziyyətə düşən Robert Köçaryan qarınağrısı bəhanəsi ilə qaçmışdı. İndi də Paşinyan münaqişənin həllinə mane olur, hətta genişmiqyaslı müharibənin başlanması üçün müxtəlif təxribatlar törədir.
 
Gah "Qarabağ Ermənistandır” deyir, gah yoldaşı Qarabağda snayperdən Azərbaycan kəndləri istiqamətində atəş açır, gah da Livandan, Suriyadan erməniləri, daha doğrusu terrorçuları Dağlıq Qarabağa köçürür. Paşinyan bütün bu əməlləri ilə psixologiyasında problem olduğunu sübut edir. Səhər dediyini axşam təkzib edir, dünən dediyini bu gün”.

Bu fikirləri AZXEBER.COM-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-lərə açıqlamasında deyib.

Vüqar Rəhimzadə bildirib ki, Ermənistan Livandan, Suriyada terrorçuluq keyfiyyətlərinə malik erməniləri Azərbaycanın işğal olunmuş ərazilərinə köçürməklə həm demoqrafik vəziyyəti, həm də etnik tərkibi süni şəkildə dəyişməyə cəhd göstərir. Ermənistan Suriya və Livandan işğal olunmuş ərazilərə köçürülmüş insanları silahlı muzdlular kimi də istifadə edir: "Əlbəttə ki, bu cür qanunsuz məskunlaşdırma beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması deməkdir. Ermənistan bu cür addımlar atmaqla 1949-cu il Cenevrə Konvensiyalarını pozur.
 
Çünki, müharibə dövründə mülki əhalinin qorunmasına dair 4-cü Cenevrə Konvensiyasına əsasən, işğalçı dövlət öz mülki əhalisini işğal etdiyi əraziyə köçürməməlidir. Beynəlxalq hüquqa əsasən, işğalçı dövlət tərəfindən işğal olunmuş ərazilərdə məskunlaşma siyasətinin aparılması müharibə cinayəti kimi tövsif edilməlidir. Bu baxımdan Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində apardığı qeyri-qanuni məskunlaşma müharibə cinayətidir”.

Vüqar Rəhimzadə əlavə edib ki, Ermənistanın bu qanunsuz əməllərinə beynəlxalq təşkilatların susması anlaşılmazdır: "Ermənistanın Livandan və Suriyadan erməniləri Qarabağa köçürməsinin faktları da artıq sosial şəbəkələrdədir. Fotolar, videolar formasında sübut olunub ki, Livandan və Suriyadan köçürülmüş, xüsusi döyüş təlimi keçmiş ermənilər Şuşada və başqa işğal olunmuş ərazilərimizdə yerləşdiriliblər. Lakin Ermənistanın bu qanunsuz əməllərinə beynəlxalq təşkilatların susması anlaşılmazdır. Xüsusilə də, bu məsələdə qəti mövqeyini ATƏT-in Minsk qrupu bildirməlidir. Çünki, münaqişənin həllində birbaşa məsuliyyət məhz ATƏT-in Minsk qrupunun üzərindədir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gürcüstan Çin - Qırğızıstan - Özbəkistan marşrutunda iştirakda maraqlıdır
21:46 12.10.2026
Gürcüstan Çin - Qırğızıstan - Özbəkistan marşrutunda iştirakda maraqlıdır
Almaniya kansleri Avropanın Rusiyadan dizel yanacağı almayacağına söz verdi
21:36 12.10.2026
Almaniya kansleri Avropanın Rusiyadan dizel yanacağı almayacağına söz verdi
Latviya Rusiyanın NATO-ya meydan oxumaq iqtidarında olmadığına əmindir
21:29 12.10.2026
Latviya Rusiyanın NATO-ya meydan oxumaq iqtidarında olmadığına əmindir
Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib
21:20 12.10.2026
Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib
Bu ərazilərdə qaz olmayacaq
21:16 12.10.2026
Bu ərazilərdə qaz olmayacaq
"Slaviya"nın baş məşqçisi: "Sabah" "Barselona"ya bənzəyən bir komandadır
21:13 12.10.2026
"Slaviya"nın baş məşqçisi: "Sabah" "Barselona"ya bənzəyən bir komandadır
Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb
21:09 12.10.2026
Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü açıqlanıb
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb
20:59 12.10.2026
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb
Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib
20:57 12.10.2026
Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib
Türkiyədə mikroavtobus aşıb, 28 nəfər xəsarət alıb
20:55 12.10.2026
Türkiyədə mikroavtobus aşıb, 28 nəfər xəsarət alıb
Azərbaycanla Kanada arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub
20:49 12.10.2026
Azərbaycanla Kanada arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub
İqnasio Kassis Ermənistan və Gürcüstana səfər edəcək
20:44 12.10.2026
İqnasio Kassis Ermənistan və Gürcüstana səfər edəcək
Kəmaləddin Heydərov İranın daxili işlər naziri ilə görüşüb
20:38 12.10.2026
Kəmaləddin Heydərov İranın daxili işlər naziri ilə görüşüb
Səfir: Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gəlib
20:33 12.10.2026
Səfir: Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gəlib
ABŞ, Böyük Britaniya və daha 27 ölkə İrana qarşı bəyanatlarla çıxış edib
20:29 12.10.2026
ABŞ, Böyük Britaniya və daha 27 ölkə İrana qarşı bəyanatlarla çıxış edib
AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib
20:23 12.10.2026
AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib