Vüqar Rəhimzadə: Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaq

Vüqar Rəhimzadə: Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaq
SOSİAL
16:36 16.01.2021
454
"44 gün davam edən  İkinci Qarabağ müharibəsi işğal altında olan torpaqlarımızı sahibinə qaytardı. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın  Azərbaycanın hərbi-siyasi Qələbəsindən sonra işğaldan azad edilmiş şəhər və rayonlarımıza səfərləri, bu ziyarətlər çərçivəsində keçirilən görüşlər, 30 ildən artıq sahibini gözləyən ərazilərimizdə sanki hər daşın, qayanın qayğısının çəkilməsi Vətən müharibəsinin milli qürurumuzu özümüzə qaytarmasının yaratdığı sevinc, xöşbəxtlik hissinin aydın mənzərəsini  təqdim edir.

Yanvarın 14-15-də Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın Qarabağın incisi sayılan Şuşaya səfərləri təkcə 44 günlük Vətən müharibəsinin milli qürurumuzu özümüzə  qaytarmasından doğan sevinc, xoşbəxtlik hissinin növbəti təqdimatı olmadı,  həm də bu səfər  Azərbaycanın Müzəffər Ali Baş Komandanının yenilməz siyasi və hərbi iradəsini, qətiyyətini, 27 sentyabr 2020-ci ildən başlanan Zəfər yürüşünün bu gün quruculuq və abadlıq müstəvisində davam etdiyni bir daha bütün dünyaya əyani şəkildə nümayiş etdirdi.  Möhtərəm Prezidentimiz Cıdır düzündə çay süfrəsinə qonaq olarkən "Cıdır düzündə armudu stəkanda çay, paxlava ilə. Dostlarımız sevinsin, düşmənlərin gözü kor olsun!” söyləyərək Şuşaya qayıtmağın təkrarolunmaz bir hiss və duyğu olduğunu diqqətə çatdırdı. Tarixi səfər başa çatdıqdan sonra Bakıya dönməzdən əvvəl yenidən  Cıdır düzünə- Şuşanın bu əsrarəngiz  guşəsinə qayıtmasını isə Azərbaycan xalqına bir daha söylədiyi bu reallıqla əsaslandırdı: ”Deyim ki, biz xoşbəxt xalqıq, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Xoşbəxt xalqıq ki, özümüzü müstəqil dövlət kimi təsdiq etmişik. Bir daha deyim ki, Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə AZXEBER.COM-a açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, 44 günlük Vətən müharibəsi dövründə Qarabağ torpaqlarını, Şuşanı azad edən gənclər ulu öndər  Heydər Əliyev məktəbinin, Azərbaycan xalqının alternativsiz lideri İlham Əliyev idarəçiliyinin yetirmələridir: "Möhtərəm Prezidentimizin dönə-dönə vurğuladığı kimi, bu gün  Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. Azərbaycan gəncləri torpaqlarımızı işğaldan azad etmək üçün hər zaman möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin "hücum” əmrini gözləyiblər. Tarixə Zəfər Gününü yazan, ötən il sentyabrın 27-dən başlayıb noyabrın 10-da başa çatan İkinci Qarabağ müharibəsində Azərbaycanın hərbi  və siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təqdimatı olan üçtərəfli Bəyanatın imzalanması ilə nöqtə qoyulan qalibiyyət   yürüşümüz ölkə Prezidentinin "Artıq yetər!” söyləyib "Azərbaycan əsgəri, irəli!” əmrinə verilən dəstəyin, "dəmir yumruq” kimi birliyin göstəricisidir.  Şübhəsiz, bütün nəsillərdən olan vətəndaşların bu Qələbədə böyük zəhməti, payı var.  Amma  əsas yükü,  vəzifəni cənab Prezidentin də bildirdiyi kimi,  gənc nəsil yerinə yetirdi. Məhz onların vətənpərvərlik ruhunda tərbiyə edilmələri, düşmənə bəslədikləri sonsuz nifrət hissi bizi Böyük Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi. Qələbəmizin rəmzi təsadüfən yumruq seçilməyib. Bu yumruq həm güc, həm də birlikdir. Tarixi təcrübə də göstərir ki, ölüm-dirim savaşında birliyi olan ölkələr, yüksək idarəçilik qabiliyyətinə malik, dövlətinin, xalqının gələcəyini düşünən, iradəli, qətiyyətli, dövlət maraqlarını hər şeydən üstün tutan   liderlər qələbə qazanırlar. Azərbaycanın timsalında bunu hər kəs gördü. Qalib Azərbaycanın, rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı kimi cənab İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarımıza davamlı səfərləri bunun bir daha təsdiqidir.”

Vüqar Rəhimzadə qeyd edib ki, Müzəffər Azərbaycan Ordusunun dünya hərb tarixində bir ilk olan unikal Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaq: "Ümumiyyətlə, İkinci Qarabağ müharibəsi Azərbaycanın müharibə taktikasının dünyaya nümayişi oldu. Artıq  inkişaf etmiş bir çox ölkələrin mütəxəssisləri 44 günlük Vətən müharibəsinin hər bir gününü təhlil edirlər. Dövlətimizin başçısının da vurğuladığı kimi,  şanlı Ordumuzun 44 günlük müharibəsi XXI əsrin müharibəsidir. Möhtərəm Prezidentimiz hər zaman  bəyan edirdi ki,  əgər düşmən torpaqlarımızdan öz xoşu ilə çıxmasa, məcbur edəcəyik onları, qovacağıq torpaqlarımızdan, güc amili öz rolunu oynayacaq. Belə də oldu, 44 günlük müharibənin hər bir günü Zəfər günü kimi tarixə yazıldı. Müharibələrdə hücumlar, geriyə çəkilmələr, manevrlər olduğu halda,  Azərbaycan Ordusu Vətən müharibəsində dünyaya demək olar ki, indiyədək hərb tarixində  müşahidə edilməyən  bir mənzərəni-hər gün irəli getmək, yeni-yeni ərazilər azad etmək kimi nadir nümunəni  təqdim  etdi. Düşmənə sarsıdıcı zərbələr endirərək 300-dən çox yaşayış məntəqəsini, 5 şəhəri, o cümlədən Qarabağımızın ürəyi, şöhrət tacı, milli musiqimizin beşiyi olan Şuşamızı işğaldan azad etdik. Bu müharibə tariximizdə əbədi yaşayacaq. Zəfərimizi şəhidlərimizin canı, qanı bahasına, qalib hərbçilərimizin şücaəti hesabına qazanmışıq. Dövlətimizin şəhid ailələrinə, Qarabağ müharibəsi qazilərinə, ümumiyyətlə, hərbçilərimizə diqqət və qayğısı onların bu qəhrəmanlıqlarına verdiyi yüksək dəyərin, onlarla qürur duymasının, hər zaman bu kateqoriyadan olan insanların yanında olmasının təsdiqidir. Bu gün bütün dünya Qələbəmizdən danışır. Dünyanın aparıcı media orqanları bu Qələbə  haqqında yazır, reportajlar hazırlayırlar. Azərbaycan Ordusunun  dünyanın hərb tarixinə yazdığı yeni səhifə ilə bağlı kitablar yazılacaq, bu tarixi Zəfərimiz dərsliklərə salınacaq,  gələcək nəsillər torpaqlarımızın işğaldan azad edildiyi günləri böyük qürur hissi ilə qeyd edəcəklər.”

"Dövlətimizin başçısı İlham Əliyev Şuşada son dəfə 39 il bundan əvvəl olduğunu  xatırlayaraq bu dəfə Müzəffər,  qalib Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi gəldiyini bildirdi” söyləyən baş redaktor ölkəmizin həyatında yeni dövrün başlandığını böyük qürur hissi ilə qeyd edib: "Şuşamız, dağıdılmış bütün  başqa şəhər və kəndlərimiz, tarixi abidələrimiz bərpa ediləcək. İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı fəaliyyətə başlayıb. Həmin torpaqların bərpası və inkişafı konsepsiyası hazırlanıb. Azad edilmiş bütün şəhərlərdə işğal muzeylərinin yaradılması qarşıya mühüm vəzifə kimi qoyulub. Nəqliyyat infrastrukturunun yaradılması prosesi qarşıdakı dövrdə də diqqət mərkəzində saxlanılacaq. Bu il tikintisinə başlanılan Füzuli Beynəlxalq Hava Limanının elə bu il də istifadəyə verilməsi planlaşdırılır. Bu aeroportun bölgənin inkişafında, turizm infrastrukturunun yaradılmasında, həyata keçiriləcək tədbirlərin, o cümlədən bərpa və yenidənqurma işlərinin reallaşdırılmasında rolu böyükdür. Azad edilmiş torpaqlarda ikinci beynəlxalq hava limanı Kəlbəcər və ya Laçında inşa ediləcək. Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolunun təməlinin qoyulması, işğaldan azad edilən ərazilərdə  beynəlxalq aeroportlar da daxil olmaqla nəqliyyat-kommunikasiya infrastrukturu böyük strateji əhəmiyyətə malikdir. Möhtərəm Prezidentimiz İlham Əliyev noyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına Şuşanın azad edilməsi müjdəsini verərkən bildirmişdir: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” Bu gün xalqımız işğaldan azad edilmiş bütün ərazilərimizdə, o cümlədən milli qürur mənbəyimiz olan gözəl Şuşamızda  yeni dövrün-quruculuq və bərpa işlərinin sevincini yaşayır.” 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
əsrlər boyu həsrətini çəkdiyi milli birliyin və dövlətçilik arzularının gerçəkləşməsi deməkdir.

İlham Qayıbzadə,
Veteranlar və Şəhid Ailələri İctimai Birliyinin Binəqədi rayon filialının sədri, 2-ci qrup Qarabağ müharibəsi əlili

', 'news_read' => '170', 'language_id' => 'az', 'image_index_name' => '2025-09/1758009525_whatsapp-image-2025-09-16-at-11.46.00.jpeg', 'image_view_name' => '2025-09/1758009525_whatsapp-image-2025-09-16-at-11.46.00.jpeg', 'link' => 'https://azxeber.com/az/antiterror-emeliyyati-yalniz-herbi-nailiyyetlerle-mehdudlasmadi/siyaset/', 'category_ids' => '106', 'metatags' => array ( 'description' => 'Azərbaycan Respublikasının müstəqillik tarixində xüsusi əhəmiyyət daşıyan hadisələrdən biri 2023-cü ilin 19–20 sentyabr tarixlərində həyata keçirilmiş lokal xarakterli', 'keywords' => 'Azərbaycan, Azərbaycanın, beynəlxalq, Ermənistan, təmin, edildi, hərbi, əməliyyatı, yalnız, üçün, bütün, davam, Qarabağda, şəkildə, nəticələri, siyasi, Qarabağ, silahlı, texnika, Antiterror', ), ), ); ?>
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
12:45 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
11:57 16.09.2025
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
11:30 16.09.2025
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”