Vüqarın ölümünə erməni də üzüldü- VİDEO

Vüqarın ölümünə erməni də üzüldü-  VİDEO
Bütün Xəbərlər
00:01 13.01.2014
1558

“Təəssüf ki, çox üzgünəm”

Beynəlxalq turnirdə Azərbaycan şahmatçısı, qrossmeyster, şahmat üzrə üçqat Azərbaycan çempionu Vüqar Həşimovun xatirəsi bir dəqiqəlik sükutla anılıb.

AZXEBER.COM Virtualaz.org-a istinadən xəbər verir ki, bu gün başlayan Veyk-an-Zee beynəlxalq şahmat turniri 1 dəqiqəlik sükutla başlayıb. Ermənistanlı şahmatçı Levon Aronyan 27 yaşında vəfat edən Vüqar Həşimovla bağlı xatirələrini bölüşüb.

L.Aronyan V.Həşimovun vəfatından danışarkən bunları deyib: "Vüqarın ölümünə çox üzüldüm, elə bir oyunçunu itirmek ağırdır, çox güclü şahmatçı idi. Təəssüf ki, çox üzgünəm. Hər kəs bir gün ölür, amma gənc adamın, həm də belə adamın ölməsi çox ağırdır".

Qeyd edək ki, Veyk-an-Zee turniri ən qədim və ən güclü şahmat turnirlərindən biridir. Bu yarış 1937-ci ildən başlayaraq hər il keçirilir.

OXŞAR XƏBƏRLƏR