Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib

Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
SİYASƏT
14:02 14.10.2026
188
Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti xanım Vo Thi An Suan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək üçün oktyabrın 14-də Azərbaycan Respublikasına səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Vyetnamın Vitse-prezidentini Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.
OXŞAR XƏBƏRLƏR