WhatsApp-ın yeniliyi mobil tarifləri ucuzlaşdıracaq? - VİDEO

WhatsApp-ın yeniliyi mobil tarifləri ucuzlaşdıracaq? - VİDEO
Bütün Xəbərlər
00:28 03.04.2015
1039
Bir müddətdir "WhatsApp" proqramının zəng funksiyası istifadəyə verilib və böyük marağa səbəb olub. Nəticədə çoxları məhz bu proqram vasitəsilə telefon danışığı aparır.Vəziyyət mobil operatorların işinə necə təsir edir və operatorlar rəqabət mühitində hansı addımları ata bilərlər? Bu suala cavab axtarmışıq.
Skayp, viber indi də WhatsApp - internet üzərindən yazışmalar və zənglər. Artıq demək olar ki, insanlar mobil mesajlaşmalarında daha çox WhatsApp-dan istifadə edir. Və bir neçə gündür WhatsApp-ın zəng funksiya açılıb. Hələlik androidlərdə açıq olsa da qısa müddətə bu xidmətdən istifadə edənlər xeyli artıb.Bəs bu yeni funksiya mobil opertaorlara necə təsir edəcək?
Bakcell-dən bildirilir ki, belə tətbiqlər çox vaxt davamlı və keyfiyyətli səs xidmətləri göstərə bilmir. Buna görə də whatsappın zəng funksiyası ilə rəqabətdə hansısa bir mənfi təsiri gözlənilmir.Əksinə Bakcell bu cür tətbiqlər vasitəsilə zəng etməyə üstünlük verən abunəçilər üçün yüksək keyfiyyətli mobil internet və sərfəli paketlər təqdim edir.
Azərcell isə bəyan edib ki, şirkətin səsli zəng xidmətinin keyfiyyəti WhatsApp zənglərinin hazırkı keyfiyyətindən üstündür.WhatsApp-ın zəngli xidməti birbaşa mobil internətə əsaslandığı üçün şəbəkədən aktiv istifadə edənlərin artmasına təsir edəcək.Bu da Azərcell-in abunəçi bazasına genişlənməsinə təkan verəcək. Və bu xidmətlə rəqabətdə hansısa bir yenilik və tarif qiymətlərində hər-hansı bir dəyişiklik nəzərədə tutulmayıb.
Ekspertlərin sözlərinə görə isə internet üzərində yazışma sms xidmətinə necə mənfi təsir edibsə, yeni zəng funksiyasıında da bu gözləniləndir. Buna görə də mobil operatorlar abunəçilərə yeni endirim kampaniyaları təşkil etməlidir. //xəzərxəbər
OXŞAR XƏBƏRLƏR