Maraqlısı odur ki, bu dəfə siyasətlə yanaşı, hesabatda futbola da böyük yer ayrılıb. Burada diplomatlar daha çox Azərbaycan klublarının maliyyə dəstəyini ön plana çəkməklə, bir sıra komandalarımızı avropalı həmkarları ilə müqayisə ediblər. Müqayisədə üstünlük isə "Qəbələ" klubuna verilib. Qəbələlilər londonlularla, daha dəqiq desək, "Çelsi" ilə müqayisə olunub: “Bu, London "Çelsi"sinin miniatürünü yaratmağa cəhddir. Qəbələ - Avropa, Latın Amerikası və Afrikadan Mərkəzi Azərbaycan üçün pul ilə əldə edilməsi mümkün ola biləcək oyunçulardan ibarət, BMT-nin virtual yığmasıdır”.