WSJ: Tramp-Zelenski münasibətləri yenidən gərginləşib

WSJ: Tramp-Zelenski münasibətləri yenidən gərginləşib
DÜNYA
18:14 11.10.2026
172
ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenskini sərt tənqid etməsi iki lider arasındakı münasibətləri daha da gərginləşdirib.

Bu barədə "The Wall Street Journal” (WSJ) qəzeti yazıb.

Nəşrin məlumatına görə, liderlər arasında münasibətlər ötən ilin qışından bəri ən aşağı səviyyəyə düşüb. Qəzet bunu Trampın Zelenskiyə qarşı son tənqidləri ilə əlaqələndirir.

WSJ yazır ki, yaranmış vəziyyət Avropanın səylərinə də mane ola bilər. Avropa ölkələri 18 aydır ABŞ-nin Ukraynaya dəstəyini davam etdirməsinə və Rusiyaya təzyiq göstərməsinə çalışır.

Qeyd edək ki, Daha əvvəl Tramp Zelenskinin Rusiya ilə münaqişəyə dəfələrlə son qoya bilərcəyini, lakin bunu etmədiyi bildirmişdi.

ABŞ Prezidenti, həmçinin Ukraynada yeni liderin seçilməsinin vaxtı çatdığını qeyd etmişdi.
 
///teleqraf///
OXŞAR XƏBƏRLƏR